Kriminal

Yeniyetmələr məktəbdən oğurluq etdi

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən XəbərAl.az-a  verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb. […]

Siyasət

Prezident xanımı ilə Forumun açılışında

Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. XəbərAl.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər. Dövlət başçısı mərasimdə nitq söyləyib. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, […]

Kriminal

Kişi qonşu qadını bıçaqladı

Qazax rayonunda kişi qonşu qadını bıçaqlayıb. XəbərAl.az-ın verdiyi xəbərə görə, hadisə hadisə aprelin 30-da saat 13 radələrində rayonun Birinci Şıxlı kəndinə baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Mürsəl Hüseynov qonşusu, 1981-ci il təvəllüdlü Elmira Orucovanın evində onunla aralarında yaranan mübahisə zamanı ona bir neçə bıçaq zərbəsi vurub. Bu zaman E.Orucovanın oğlu Xəyal Mikayılov hadisəyə […]

MARAQLI

Azərbaycanda yaşı 100-dən çox olanların sayı

Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb. XəbərAl.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə bildiriblər ki, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb. 2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 619 nəfər olub. 2016-cı ildə 626, 2017-ci ildə 683, 2018-ci ildə 749 nəfərin yaşı 100-dən çox olub. 2019-cu […]

Siyasət

İlham Əliyev 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. XəbərAl.az […]

Bölgə

İsmayıllıda 69 yaşlı kişi özünü asıb

İsmayıllıda intihar hadisəsi baş verib.  XəbərAl.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini Nürəddin Orucəliyev özünü yaşadığı evin həyətindəki köməkçi tikilidən asıb. 1950-ci il təvəllüdlü kişinin intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı  araşdırma aparılır.

İdman

“Məğlub olmağı bacarmaq lazımdır” – Qurban Qurbanov

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşmasında evdə “Qəbələ” üzərinda 2:1 hesablı qələbə qazanan, lakin səfərdəki 0:1-lik məğlubiyyətə görə finala çıxa bilməyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. XəbərAl.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. –    Rəqibi təbrik edirəm. Hər zaman demişəm ki, Kubok oyunları çempionatdan fərqlənir. Düşünürəm ki, futbolçularım […]

İqtisadiyyat

Sabahın məzənnəsi açıqlandı

Mayın 2-ə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan XəbərAl.az-a verilən məlumata görə, sabah rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, mayın 1-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

Kriminal

Göyçayda körpə doğuşdan sonra ölüb

Göyçayda doğuşdan sonra uşaq ölüb. XəbərAl.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə rayonun Şahsoltanlı kəndində baş verib. İki gün əvvəl doğuş üçün Qaraməryəm qəsəbə xəstəxanasına müraciət edən, Göyçayın Şahsoltanlı kənd sakini Tünzalə Quliyeva oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir qədər sonra uşağın vəziyyəti ağırlaşdığından onu Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Bu gün körpə xəstəxanada […]