Mədəniyyət

Natavan Hacıyeva vəfat etdi

Əməkdar artist, tanınmış diktor Natavan Hacıyeva dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, bu barədə “Bizimləsən” proqramında məlumat verilib.  Xərçəngdən əziyyət çəkən aparıcının iki gündür ki, vəziyyəti pisləşib. Qeyd olunub ki, o, bir saat bundan əvvəl həyatını itirib.

İqtisadiyyat

Sahibkarlara xəbərdarlıq

Son günlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması halları ilə bağlı faktlar aşkar olunub. AQTA-dan XəbərAl.az-a verilən məlumata görə, həmin hadisələr Agentlik tərəfindən ictimailəşdirilməklə yanaşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Agentlik […]

Mədəniyyət

AMEA-ya vitse-prezident seçildi

Mayın 1-də Milli Elmlər Akademiyasının ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib. XəbərAl.az xəbər verir ki, akademiyanın 58 həqiqi üzvü arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib. Qeyd edək ki, akademik Rasim Əliquliyev 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. O, 2013-cü ildən bugünədək AMEA-nın akademik-katibi vəzifəsində çalışıb.