Xarici siyasət

İsraildəki diaspor həddini aşan Ermənistana cavab verməyə çağırıb

İsraildəki Azərbaycan diasporu hökuməti həddini aşan Ermənistanın cavabını verməyə çağırıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. “Aziz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası rəsmi Yerusəlimi Ermənistanla münasibətlərinə yenidən baxmağa və bəzi erməni xadimlərini “arzuolunmaz şəxs” elan etməyə çağırıb. Assosiasiyanın sədri Lev Spivakın imzası ilə İsrailin Baş naziri Binyamin Netanyahu və Xarici İşlər naziri Qabi Aşkenaziyə […]

Xarici siyasət

Türkiyə MN: “Pis günlər bitdi, gün zəfər günüdür” – FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın qələbəsini təbrik edib. Nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd olunur ki, Azərbaycan türkü olan qardaşlarımız bu atalar sözünü yaxşı bilir: “Pis günün ömrü az olar. 30 gün əvvəl yaşanan dərdlər bu gün bitir. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdcəsinə vuruşaraq zəfər qazandı. Pis günlər bitdi, gün zəfər günüdür, […]

Xarici siyasət

Çavuşoğlu: “Can Azərbaycan meydanda və masada önəmli qalibiyyət əldə etdi” – FOTO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana qələbə qazanması münasibətilə təbrik ünvanlayıb. “Twitter” hesabından paylaşdığı təbrikində türkiyəli nazir qeyd edib: “Can Azərbaycan meydanda və masada əhəmiyyətli qalibiyyət əldə edib. Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik”.

Xarici siyasət

Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı qələbə münasibətilə təbrik etdi – FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Qarabağ müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edib. Təbrik səfirliyin “Twitter” səhifəsində dərc olunub. Təbrikdə müasir Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadələri yer alıb. Təbrikdə “Qarabağ Azərbaycandır” şüarı yazılıb.  

Xarici siyasət

Hulusi Akar: “Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!”

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu!” Türkiyə Müdafiə Naziri Hulusi Akar sosial şəbəkə üzərindən yaydığı paylaşımda belə yazıb. Nazir qeyd edib ki, Azərbaycan Ordusu qarşısında ağır itkilər verən, son olaraq Şuşanı itirən Ermənistan Kəlbəcər, Ağdam, Laçından və nəticədə Dağlıq Qarabağdan tamamilə çəkiləcək!

Xarici siyasət

Mustafa Şəntop Azərbaycan xalqını təbrik etdi – FOTO

Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun! Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “Twitter” hesabında yazıb. “Tarixin faciəli bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir […]

Xarici siyasət

Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli cənab Bayden. Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və […]

Xarici siyasət

Çavuşoğludan Azərbaycana Bayraq Günü təbriki: “Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!” – FOTO

Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib. Türkiyəli nazir dövlətimizə təbrikini “Twitter” hesabından ünvanlayıb: “Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”. O, paylaşımına hər iki qardaş dövlətin bayraqlarını əlavə edib və Azərbaycan […]

Xarici siyasət

İlham Əliyev Türkiyənin Xarici İşlər və Milli Müdafiə nazirlərini qəbul edib -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Xəbəral.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: – Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad […]