Xarici siyasət

Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam verdi

Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam imzalayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. Mərkəzin tərkibinə Rusiya FHN, XİN, FTX və digər əlaqədar federal icra orqanları daxil edilib. Mərkəzin humanitar məsələlərin həllinə və Qarabağda mülki infrastrukturun bərpasına kömək məqsədilə yaradıldığı qeyd olunur.

Xarici siyasət

Rusiya nümayəndə heyəti Ankarada: “Qarabağla əlaqəli texniki danışıqlar aparılacaq”

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib. “Haber Global”ın məlumatına görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb. Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi […]

Xarici siyasət

Hikmət Hacıyev: “Azərbaycanın Rusiyadakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir”

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. […]

Xarici siyasət

Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşüb. Spiker ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Əlcəzairlə əlaqələrin inkişafına Azərbaycanın böyük önəm verdiyini bildirib. Sədr bu görüşün ölkəmiz üçün əhəmiyyətli tarixi günlərin yaşandığı bir dönəmdə – Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda baş […]

Xarici siyasət

Sahibə Qafarova Fransa Parlamentinin nümayəndə heyəti ilə görüşüb – FOTO

Noyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. Görüşdə spiker bildirib ki, ölkələrimiz arasında əlaqələrin zəngin tarixi var. Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə […]

Xarici siyasət

Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN – FOTO

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün təmin olunması barədə fərman imzalayıb. Sənəd rəsmi məlumat portalında yayımlanıb. Fərmana görə, Rusiya Silahlı Qüvvələrinin 1 960-a qədər hərbi qulluqçusu olan hərbi birləşməsi beş il müddətinə Dağlıq Qarabağa göndərilir. Müvafiq beş illik müddətin bitməsindən altı ay əvvəl Azərbaycan və Ermənistan əldə olunmuş razılaşmalara əməl olunmasını dayandırmaq niyyətində olduqlarını […]

Xarici siyasət

Türkiyə XİN rəhbərindən Qarabağla bağlı bəyanat barədə VACİB AÇIQLAMA

“Azərbaycanın istədiyi bir şey var idi: 30 ilə yaxındır işğalda olan torpaqlarını geri almaq”. Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, son bəyanata görə, Azərbaycanın bütün torpaqları təkrar geri verilir: “Türkiyə əvvəldən bildirdi ki, qardaş Azərbaycan torpaqları ilə bağlı hansı həll yolunu seçirsə, biz yanındayıq. Azərbaycanın […]

Xarici siyasət

Ərdoğan: “Rusiya və Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair memorandum imzalandı”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının (AK Partiya) qrup toplantısında Qarabağla əlaqəli açıqlamalar verib. Bu barədə “Haber Global” məlumat yayıb. O, Prezident İlham Əliyevi və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib: “Dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı işğal altındakı torpaqlarının və bütün Qarabağın azad edilməsi münasibətilə təbrik edirəm. Türkiyə razılaşmanın həyata keçirilməsinə nəzarət […]

Xarici siyasət

Hulusi Akar və Zakir Həsənovun zəfər sevinci: Qucaqlaşdılar və himn oxudular – FOTO/VİDEO

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Quru Qoşunlarının komandanı, ordu generalı Ümit Dündar və Hərbi Hava Qüvvələrinin komandanı, general Həsən Küçükakyüz ilə birlikdə Bakıda Azərbaycan Müdafiə Nazirliyini ziyarət edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilir ki, onları Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb. Bununla bağlı təşkil olunan tədbirdə çıxış edən türkiyəli […]

Xarici siyasət

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 10 noyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin […]