Xarici siyasət

Əli Rəbii: “İran Azərbaycanla ikitərəfli əlaqələrini inkişaf etdirir”

“Biz sevinirik ki, Dağlıq Qarabağdan didərgin düşmüş şəxslər öz vətənlərinə qayıdır”. Bunu İranın dövlət sözçüsü Əli Rəbii  deyib. Qaçqınlar probleminin onları həmişə narahat etdiyini bildirən Ə. Rəbiinin sözlərinə görə, İranın ali rəhbəri, İran Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını açıq şəkildə bəyan edib.    Dövlət sözçüsü qeyd edib ki, İran Azərbaycanla ikitərəfli əlaqələrini inkişaf […]

Xarici siyasət

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın Rus İcmasından Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə məktub ünvanlanıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu! İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. […]

Xarici siyasət

Avropa Şurasının Baş katibi Ceyhun Bayramovun Qarabağla bağlı müraciətini cavablandırdı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib. Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb. Bildirilib ki, AŞ Baş katibi razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.

Xarici siyasət

G20-nin yekun bəyannaməsinin nəticələri

G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar. “Ria Novosti”nin məlumatına görə, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır: Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq; Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək; ÜST-ün effektivliyini artırmaq; Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək. Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə […]

Xarici siyasət

Sergey Lavrov: “Türkiyə regionda real faktordur”

“Türkiyə bu regionda real faktordur”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib. “Türkiyənin bu regiondakı rolu haqqında Rusiya Prezidenti Dağlıq Qarabağla bağlı 17 noyabr tarixli müsahibəsində ətraflı danışıb. Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici […]

Xarici siyasət

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib

ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşması barədə tam informasiya verilib. “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. “Biz bu günlərdə həmsədrlər, Moskvanı ziyarət edən amerikalı və fransızlarla yaxın təmasdayıq. Mən onlarla görüşürəm, mənim həmkarlarım görüşür. Onlara 9 noyabrda imzalanan müqavilənin son illərdə ATƏT-in […]

Xarici siyasət

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər bölgədəki son vəziyyət, 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər […]

Xarici siyasət

Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycan və Ermənistana səfər edəcək

Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ölkəsinin Dağlıq Qarabağla bağlı Bakı və İrəvanla bütün səviyyələrdə təmasları davam etdirdiyini söyləyib.

Xarici siyasət

İran XİN başçısı Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz “Twitter” səhifəsində yazıb. “Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək”. S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Zərifin Azərbaycan və […]

Xarici siyasət

Çavuşoğlu britaniyalı həmkarı ilə Qarabağdan DANIŞDI

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Böyük Britaniyanın XİN rəhbəri Dominiko Raab arasında telefon danışığı olub.   Xəbəral.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.   Məlumata görə, danışıq zamanı Çavuşoğlu Raabla Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib.   Həmçinin, Kipr və Liviyada cərəyan edən hadisələr onlar arasında müzakirə mövzusu olub.