Xarici siyasət

Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıb. “Haber Global” məlumat verir ki, bu barədə Türkiyə lideri AKP partiyasının iclasında bəhs edib. O bildirib ki, Dağlıq Qarabağdakı 30 illik haqsızlıq sona çatıb: “Dağlıq Qarabağdakı 30 illik haqsızlığın sona çatmasına töhfə verdik. Erməni işğalı sona çatdı və qalıcı həll üçün ümidlər ilk dəfə […]

Xarici siyasət

XİN rəhbəri: “Fransadan beynəlxalq hüquqa ciddi riayət etməsini gözləyirik”

Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Xarici İşlər Nazirliyinin (XİN) göndərdiyi məlumata əsasən, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsi zamanı jurnalistin münaqişə zamanı Fransanın bitərəf qalması ilə bağlı sualını cavablandırarkən deyib. “Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son […]

Xarici siyasət

Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq” – FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan ordusunun Kəlbəcərə daxil olması münasibəti ilə paylaşım edib. Nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd olunur ki, Kəlbəcər əsl sahibləri ilə görüşür: “Qəhrəman Azərbaycan ordusu Qarabağda əldə etdiyi böyük zəfərdən sonra əldə edilən razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra əsl sahibləri ilə görüşür. Şanlı Ay-Ulduzumuz indi […]

Xarici siyasət

Türkiyə səfirliyindən Azərbaycana təbrik – FOTO

Türkiyənin Azərbaycandakı səfirliyi Kəlbəcərin ölkəmizə təhvil verilməsi ilə bağlı xalqımıza təbrik ünvanlayıb. Bu barədə səfirliyin “Facebook” hesabında qeyd olunur: “Kəlbəcərin işğaldan qurtarılması və Azərbaycan torpaqlarına yenidən qatılmasına vəsilə olmasına görə Azərbaycan ordusunu və xalqını ürəkdən təbrik edirik”.  

Xarici siyasət

Pentaqondan Qarabağ açıqlaması

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı nəticəsində əldə edilmiş Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmalara hazırda əməl olunur və ABŞ tərəfi hadisələrin bu cür inkişafını alqışlayır”. TASS-ın məlumatına görə, bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib. “Deyə bilərəm ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sazişə bu mərhələdə əməl olunur”, – […]

Xarici siyasət

Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə “Haber Global” məlumat yayıb. Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ticarət həcminin artırılması başda olmaqla ikitərəfli münasibətləri inkişaf etdirəcək addımlarla yanaşı Dağlıq Qarabağ, Suriya və Liviyadakı hadisələr müzakirə olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söhbət zamanı atılan Dağlıq […]

Xarici siyasət

ISESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Xəbəral.az-ın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Bölgədəki müharibənin dayandırılması ilə bağlı xəbərləri sevinclə qarşıladıq. Azərbaycan ilə Ermənistan arasında əldə edilən və imzalanan razılaşma ölkələriniz arasındakı hərbi əməliyyatlara faktiki […]

Xarici siyasət

Neapol bələdiyələri Azərbaycanı dəstəkləyən sənəd qəbul edib

İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd qəbul edib. Eyni adlı sənəd, habelə Neapol şəhərinin Liveri bələdiyyəsi tərəfindən də qəbul edilib. Bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz […]

Xarici siyasət

Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb. “Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin […]

Xarici siyasət

Vladimir Putin: “Dağlıq Qarabağda vəziyyət stabilləşir” – VİDEO

Qarabağda münaqişə ilə bağlı əldə olunan əsas məsələ qan tökülməsinin qarşısının alınması oldu. “Sputnik”in məlumatına görə, bu barədə RF prezidenti Vladimir Putin Rusiyaya yeni gələn xarici səfirlərin etimadnamələrini qəbul edərkən bildirib. O, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üç tərəfli bəyanatı xatırladaraq, saziş çərçivəsində regiona Rusiya sülhməramlılarının göndərildiyini və onların atəşkəs rejiminə nəzarət etdiyini xatırladıb. […]