Xarici siyasət

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib. XəbərAl.az bildirir ki, Ceyhun Bayramov bu barədə öz “Twitter” səhifəsində yazıb. “Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara […]

Xarici siyasət

Çavuşoğlu Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım etdi — FOTO

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümü ilə bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, paylaşımda deyilir: “Can Azərbaycanın İstiqlal şairi Baxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümünu hörmət və rəhmətlə anıram. Şeirləri qəlbimizdə yaşayacaq”, – XİN rəhbəri qeyd edib.

Xarici siyasət

Putin Azərbaycan əsilli iş adamı Qod Nisanovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında” fərman imzalayıb. XəbərAl.az xəbər verir ki, V.Putinin fərmanı rəsmi hüquqi məlumatlar portalında dərc olunub. Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Qod Nisanovu Sovet Əsgərinə Rjevsk memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub. 

Xarici siyasət

Növbəti Moskva görüşü baş tutdu

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin videoformatda görüşü keçirilib. XəbərAl.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, iclasda Dağlıq Qarabağ və onun ətrafında təhlükəsizlik, həmçinin bölgədəki kommunikasiya xətlərinin açılması məsələləri müzakirə edilib.

Xarici siyasət

Moskvada Xəzər dənizi üzrə İşçi Qrupun iclası keçirildi

Rusiyanın paytaxtı Moskvada Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi Qrupun 3-cü iclası olub. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edib. “Xəzər dənizində birbaşa təməl xətlərin yaradılması metodologiyasına dair saziş layihəsinin müzakirəsi davam etdirildi, bir sıra müddəalar razılaşdırıldı. Tərəflər Xəzər […]

Xarici siyasət

Rusiya XİN-dən azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı ilə bağlı AÇIQLAMA

Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini şərh edib. XəbərAl.az xəbər verir ki, M. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, hazırda ötən ilin payızında baş verən məlum hadisələr səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv […]

Xarici siyasət

Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü – FOTO

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akar ilə Türkiyənin Qars şəhərində iki qardaş ölkə hərbçilərinin iştirakı ilə keçirilən təlimləri izləyirlər. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında fotolar yerləşdirilib. Fotolarda daha çox diqqət çəkən məqam isə Türkiyə Müdafiə naziri Hulusi Akarın çörəklərdən birini bölərək Zakir Həsənovla paylaşmasıdır.  

Xarici siyasət

“Daim Azərbaycanın yanında olacağımızı dünya bilməlidir” – Hulusi Akar

“Biz “bir millət, iki dövlət” məsələsində son dərəcə qətiyyətliyik”. XəbərAl.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib. “Bundan sonra da daima haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bütün dünya bilməlidir”, – deyə türkiyəli nazir vurğulayıb. Müdafiə naziri Hulusi Akar Türkiyə və Azərbaycan Silahlı […]

Xarici siyasət

Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə münasibətindən danışdı

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə yanaşmasından bəhs edib. “Haber Global” məlumat verir ki, bu barədə o, senatorlarının ABŞ Prezidenti Co Baydenə Türkiyə ilə bağlı ünvanladıqları məktubla əlaqədar müsahibə verərkən deyib. Türkiyə parlamentinin spikeri bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupu həmsədrlərindən biridir. O, beynəlxalq hüquqa görə bu problemi işğalçı ölkəni […]

Xarici siyasət

Gürcüstanın XİN naziri Azərbaycana gələcək

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək. XəbərAl.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq: “Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri […]