Xarici siyasət

“Daim Azərbaycanın yanında olacağımızı dünya bilməlidir” – Hulusi Akar

Sharing is caring!

“Biz “bir millət, iki dövlət” məsələsində son dərəcə qətiyyətliyik”.

XəbərAl.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Bundan sonra da daima haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağımızı bütün dünya bilməlidir”, – deyə türkiyəli nazir vurğulayıb.

Müdafiə naziri Hulusi Akar Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşlıq etməsinin çox vacib olduğunu dilə gətirib. Qeyd edib ki, ölkələrimizin, xalqlarımızın, nəcib türk millətinin müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğu nümayiş edilib. Türkiyə və Azərbaycanın qardaş dövlətlər olduğunu xatırladan nazirin sözlərinə görə, bunun sözdə olmadığını 44 günlük hərəkat açıq-aydın göstərib:

“Bizim həqiqətən də kədərimiz və sevincimiz birdir. Nə lazımdırsa etdik və edəcəyik. İnşallah, bundan sonra da əməkdaşlığımız davam edəcək. Azərbaycanlı qardaşlarımız bizimlə bərabər qardaşcasına əmin-amanlıqda yaşayacaqlar”, – deyə H. Akar vurğulayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir