Xarici siyasət

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət […]

Xarici siyasət

Yaponiya Azərbaycana 1,2 milyon dollar humanitar yardım ayırdı

Yaponiya hökuməti Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmadan nəticələnən humanitar böhranla bağlı Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrant ayrılmasına qərar verib. Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, bu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım […]

Xarici siyasət

Ceyhun Bayramov rusiyalı həmkarı ilə müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. XəbərAl.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli razılaşmasının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəmdə duran aktual […]

Xarici siyasət

Çavuşoğlunun Azərbaycana səfər proqramı məlum oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb. Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.

Xarici siyasət

Ceyhun Bayramov ATƏT-in həmsədrləri ilə Qarabağ bəyanatını müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib. XəbərAl.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən […]

Xarici siyasət

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək. XəbərAl.az xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək. D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək. Qeyd edək ki, bu […]

Xarici siyasət

Azərbaycan XİN Ermənistana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib. XəbərAl.az xəbər verir ki,  bununla bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib: “Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, […]

Xarici siyasət

Kamran Əliyev Türkiyəyə getdi — FOTOLAR

Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib. XəbərAl.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Fevralın 15-də nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa […]

Xarici siyasət

Sahibə Qafarova Mustafa Şəntopa başsağlığı verdi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Milli Məclisin Sədri İraqın Kara bölgəsində 13 nəfər mülki Türkiyə vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini […]