Sosial

“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndindən […]

Sosial

Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu – VİDEO

Qax rayonunun Cəlayir kəndindən olan Qorxmaz Əlizadə Vətən Müharibəsində şəhid olub. Baku TV xəbər verir ki, oktyabrın 17-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələn qəhrəmanımız döyüşdüyü müddət ərzində xüsusi rəşadət göstərib. Bir çox erməni postlarının alınmasında xüsusi rolu olan 25 yaşlı Qorxmaz sonda ən ali zirvəyə ucalıb. Onun yoxluğu ilə barışa bilməyən […]

Sosial

Azərbaycanda zəlzələ oldu

Neftçala rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə, Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 40 km olub. Zəlzələ hiss olunmayıb.

Sosial

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı”nın layihəsi hazırdır. AMEA-dan verilən məlumata əsasən, Mikrobiologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov bildirib ki, iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması və adambaşına düşən su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olması, həmçinin əhalinin sayının artması kimi səbəblərdən dolayı su ehtiyatlarından səmərəli istifadə zəruridir. Qeyd edək ki, […]

Sosial

Azərbaycanlı alim vəfat edib

Tanınmış təbib, Əməkdar elm xadimi, Azərbaycan Tibb Univer­sitetinin Mikrobiologiya və im­mu­nologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zakir Qarayev ömrünün 79-cu ilində vəfat edib. AMEA-dan  bildirilib ki, Zakir Ömər oğlu Qarayev 27 noyabr 1941-ci ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Dilican mahalının Göyərçin kəndində ana­dan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsini bitirib, 1968-ci […]

Sosial

Prezidentdən Bərdə-Ağdam dəmiryolunun tikintisi ilə bağlı SƏRƏNCAM

Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb. Bu barədə Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan […]

Sosial

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. Xatırladaq ki, R.Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə […]

Sosial

Aptekdə antibiotiklərlə bağlı qaydalara əməl olunmur – RƏSMİ

“Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi”. Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib. Onun sözlərinə görə, COVID-19 […]

Sosial

İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib. Müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda […]

Sosial

İctimai iaşə müəssisələrində karantinin tələblərini tətbiq edən şəxs olacaq

Nazirlər Kabineti 455 №-li qərarın izahını verib. Hökumətdən verilən məlumata görə, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyən edilməlidir. […]