Sosial

Şuşaya yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib – FOTO

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb. Bu barədə Azərbyacan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, Şuşaya aparan yeni avtomobil yolu layihəsi şərti olaraq beş hissəyə bölünüb. Əsas qüvvə olaraq AAYDA-nın canlı qüvvəsi və texnikaları hazırda layihə boyu […]

Sosial

Şəhid ailələrinə 11 min manat veriləcək – RƏSMİ

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız […]

Sosial

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və […]

Sosial

Yoluxma artarsa, qaydalar sərtləşdirilə bilər – TƏBİB-dən xəbərdarlıq

“Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək”. XəbərAl.az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasına görə, sərt tədbirlərə, məhdudiyyətlərə gedirlər: “Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu […]

Sosial

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər

İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur: “Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir. Horadizdən […]

Sosial

Azərbaycanda övladlığagötürmə ilə bağlı YENİLİK: Hər uşaq üçün 480 manat…

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir. Nazirlikdən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, gələn ilin əvvəlindən yeni aylıq müavinət növü təsis olunacaq. Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum […]

Sosial

Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə sistemi təkmilləşdiriləcək

  Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşdiriləcək. Regionlarda günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri şəbəkəsi genişlənəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci […]

Sosial

Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlandı

Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün hazırlanan tədbirlər planı işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək […]

Sosial

Bakıda COVID-19 xəstələri ilə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik […]

Sosial

Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırdı – RƏSMİ

Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu yenidən dayandırıb. Bu barədə  Mərkəzi Gömrük Hospitalının Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hospital noyabrın 20-dən etibarən yenidən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Bu zaman hospitalda yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.