Siyasət

Bakıdan erməniəsilli şəxslərə yardım aparan humanitar karvan iki gündür Ağdam-Xankəndi yolunda gözləyir – FOTO

Artıq iki gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir. Belə ki, içərisində 40 ton un məmulatı olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl […]

Siyasət

Türkiyəli iş adamları Naxçıvana gələcəklər

Gələn həftə Türkiyənin iş adamlarından ibarət böyük nümayəndə heyəti Naxçıvana gələcək. “Report” xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib. “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr gələcəkdə çox sürətlə inkişaf edəcək. “Ziraat” Bankı açılacaq. Türkiyə-Naxçıvan ticarət dərnəyi qurmaq istiqamətində hazırda işlər davam edir”. Baş konsul vurğulayıb ki, iki ölkə arasında əlaqələr inkişaf […]

Siyasət

Qızıl Ayparadan çörək və həqiqət anı – VİDEO

Avqustun 29-da Bakıdan Xankəndi istiqamətinə iki böyük yük maşını yola düşüb. Karvanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməniəsilli sakinlərə göndərilmiş 40 ton un məmulatları var. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs olunur. Bildirilir ki, nəqliyyat vasitələrinə qurumun əməkdaşlarının fəaliyyəti üçün nəzərdə tutulmuş müxtəlif ləvazimatlar […]

Siyasət

Bakıdan erməniəsilli şəxslərə yardım aparan humanitar karvan Ağdam-Xankəndi yolunda gözləyir – FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır. “Report” xəbər verir ki, içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında gözləyir. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti […]

Siyasət

İsrail səfiri: “Dini cəhətdən Azərbaycanda gördüyüm rahatlığı Parisdə görə bilmərəm”

“Azərbaycan və İsraildə dini müxtəliflik hökm sürür. Bu, iki ölkənin oxşar cəhətlərindəndir. Qeyd edə bilərəm ki, dünyada ən böyük yəhudi icmalarından biri də Azərbaycanda yerləşir. Onlar Azərbaycanda tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar”. AZƏRTAC xəbər verir ki, bu sözləri “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransa həsr olunan ziyafətdə İsrailin […]

Siyasət

Fuad Nəcəfli: “Azərbaycan-Türkiyə dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

“Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”. APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə xalqının milli istiqlal tarixinin şanlı səhifəsi olan Zəfər bayramı münasibətilə keçirilən tədbirdə bildirib. Vurğulanıb ki, bu gün iki qardaş ölkə arasında iqtisadi, ticarət, təhsil, səhiyyə, mədəniyyət sahələrində və […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Azərbaycanın zəngin tarixi keçmişə malik olan, bölgə üçün strateji əhəmiyyət daşıyan məkanlardan biri  – Zəngəzur  mahalı haqqında süjet hazırlanıb. “Rus-erməni işğalının qurbanına çevrilən mahal” adlı süjetdə ermənilərin onilliklər boyu  regionda gedən mürəkkəb siyasi proseslərdən istifadə edərək əvvəlcə  Azərbaycan torpaqlarında kiçik Ermənistan yaradıb, sonra onun ərazisini […]

Siyasət

Cənubi Koreya Azərbaycana altı milyon dollar ayırıb

Cənubi Koreya Azərbaycana altı milyon dollar ayırıb. Bu barədə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyindən (KOICA) bildirilib. Məlumata görə, qrant Azərbaycanın silahlı münaqişədən zərər çəkmiş bölgələrində yaşayan sakinlərə yönəlib. Bununla əlaqədar KOICA və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında “Azərbaycanda silahlı münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan həssas əhalinin dolanışıq şəraitinə dəstək” layihəsinin Qrant Sazişinin imzalanma mərasimi keçirilib. Xeberal.az

Siyasət

Bakıda Türkiyənin Zəfər Günü qeyd olunub – FOTO

Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust – Zəfər Günü münasibətilə mərasim keçirilib. “Report” xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər. Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Mustafa Kamal Atatürkün rəhbərliyində Zəfər üçün canından keçən şəhidləri yad edib, Allahdan onlara rəhmət diləyib. […]

Siyasət

Kərim Vəliyev: “Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır”

“Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır”. “Report” xəbər verir ki, bunu Türkiyənin Zəfər Bayramı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib. “Bu gün qardaş Türkiyənin Zəfər Bayramını təntənəli şəkildə qeyd edirik. Bu gün Azərbaycan və […]