Siyasət

Şavkat Mirziyoyev: “Azərbaycan və Özbəkistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib”

“Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib”. AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib. “Əgər aviasiya haqqında danışsaq, deyə bilərik ki, bizdə həftədə 15 reys həyata keçirilir, biz isə daha da artırmaq barədə razılığa gəldik. Bu nə deməkdir? Bir-birimizə daha çox gedəndə […]

Siyasət

Özbəkistan Prezidenti: “Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir”

“Əgər biz bu gün razılaşdığımız hər şeyi yerinə yetirsək, onlar həyata keçiriləcək, həm Özbəkistan iqtisadiyyatı, həm də Azərbaycan iqtisadiyyatı üçün uğurlar olacaq”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda səsləndirib. “Bizim yaratdığımız Ali Dövlətlərarası Şura etimadın ən yüksək səviyyəsi və razılaşdırdığımız strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. […]

Siyasət

Qərbi Azərbaycan İcması Çexiya xarici işlər nazirinin bəyanatını qınayıb

“Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda “blokada”nın olması ilə bağlı 2023-cü il avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq”. Bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib. “Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili işlərinə müdaxilə etməməyə çağırırıq” – bəyanatda bildirilir. İcma […]

Siyasət

Prezident Mirziyoyev: “Özbəkistan Azərbaycanın uğurlarına çox sevinir”

“Yaxın qonşular, yaxın ölkələr kimi Azərbaycanın uğurları ilə fəxr edir, onlara sevinirik”. AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda söyləyib. Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumiyyətlə son illərdə bütün istiqamətlərdə uğurları ilə qürur duyduqlarını vurğulayan Ş.Mirziyoyev deyib: “Belə ki, yaxın qonşular kimi biz çox sevinirik və uğurlar […]

Siyasət

Şavkat Mirziyoyev: “Azərbaycan bizim üçün münasibətlərin yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdəndir”

“Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir”. AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuata bəyanatda deyib. İlk dövlət səfərini Azərbaycana etdiyini söyləyən Ş.Mirziyoyev bildirib: “Çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı” adlı veriliş efirə gedib. Oxu.Az xəbər verir ki, verilişdə tanınmış erməni yazıçısı və alimi Lusine Xaçatryan istər bədii əsərlərində, istərsə də tədqiqatlarında Qərbi Azərbaycan ərazisində azərbaycanlılar, onlara məxsus mədəniyyət abidələri, həmçinin qaçqınlıq tarixi, ermənilər tərəfindən […]

Siyasət

İlham Əliyev: “Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini görəcək”

“Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu yaxınlarda 500 milyonluq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği çox sürətlə […]

Siyasət

Prezident İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var”

“Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib. Sabah Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklərini bildirən dövlətimizin başçısı […]

Siyasət

Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Heydər Əliyev Mərkəzində olub. AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Ziroatxon Mirziyoyevaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin […]

Siyasət

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib – FOTO/VİDEO

Vətən müharibəsində şəhid olan Musa Məhəmmədovun ailəsindən sevindirici xəbər var. Oxu.Az xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsindən olan Vətən Müharibəsi şəhidi Musa Bəhram oğlu Məhəmmədovun valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər dünyaya gəlib. Qeyd edək ki, Musa Məhəmmədov 2020-ci il oktyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənlə təmas xəttində hərbi əməliyyatlar zamanı […]