Siyasət

İsrail səfiri: “Dini cəhətdən Azərbaycanda gördüyüm rahatlığı Parisdə görə bilmərəm”

Sharing is caring!


“Azərbaycan və İsraildə dini müxtəliflik hökm sürür. Bu, iki ölkənin oxşar cəhətlərindəndir. Qeyd edə bilərəm ki, dünyada ən böyük yəhudi icmalarından biri də Azərbaycanda yerləşir. Onlar Azərbaycanda tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransa həsr olunan ziyafətdə İsrailin ölkəmizdəki səfiri Corc Dik söyləyib.

O bildirib ki, dini cəhətdən Azərbaycanda gördüyüm rahatlığı Parisdə görə bilmərəm.

“Son illərdə Azərbaycan ilə İsrail geniş əməkdaşlıq edir. Bu, geosiyasi baxımdan çox əhəmiyyətlidir”, – deyə Corc Dik əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir