Siyasət

Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? – ŞƏRH + FOTO

Son günlərə qədər Azərbaycan cəmiyyətini düşündürən əsas suallardan biri Qarabağdakı Rusiya sülhməramlı kontingentin bölgədəki mövcudluğunun gələcəyi ilə bağlı idi. Xatırladaq ki, Rusiya hərbçiləri 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra həmin il noyabrın 10-da imzalanmış məlum üçtərəfli bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı qismində Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Vurğulanan sənədə əsasən, […]

Siyasət

Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi – Deputat şərh etdi + FOTO

“Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi 10 Noyabr Bəyanatı ilə tənzimlənirdi. Onlar 2025-ci ilin noyabr ayına qədər orada qalmalı idilər. Həmin müddətə altı ay qalmış məsələ baxılıb yenidən müzakirə edilməli idi. İndi artıq bütün dünyanın gözü qarşısında qüdrətli Azərbaycan yenidən öz gücünü göstərir. Sülhməramlılar vaxtından əvvəl regionu tərk edirlər”. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı […]

Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”. “Report” xəbər verir ki, bunu Yeni Kaledoniya senatının üzvü Ludovik Bula “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib. “Azərbaycana bizə özümüzü ifadə etməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Azərbaycan […]

Siyasət

Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”

Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 5-də Brüsseldə keçirilən görüşdə gizli gündəliyi müzakirə etməyiblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın diplomatik qurumun saytında dərc olunmuş şərhində deyilir. “Brüsseldə keçirilən görüşdə Ermənistanın sabitliyindən və iqtisadiyyatın şaxələndirilməsindən danışılıb. Brüsseldəki sammitin […]

Siyasət

Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 milyon avro nəyə sərf olunacaq? – TƏHLİL + FOTO

Qərb Ermənistanı anti-Rusiya plasdarmına çevirmək istiqamətində səylərini davam etdirməkdədir, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına deyil, regionda yeni gərginlik ocağı yaratmağa can atır. Aprelin 5-də Brüsseldə cızılan planla İrəvanın Kremlin kurasiyasından çıxarılmasının prioritet elan olunduğu bəllidir. Ermənistanın da bütün siyasəti bu planın reallaşmasına yönəlib. İrəvan Kremlin hədə və narazılıqlarına baxmayaraq, aktiv şəkildə təhlükəli planın reallaşmasında […]

Siyasət

Qərb Cənubi Qafqaz planlarında tələsir – ŞƏRH + FOTO

Qərb, xüsusən də rəsmi Vaşinqton, Cənubi Qafqazdakı siyasətini həyata keçirmək üçün qurduğu müxtəlif planları zaman-zaman işə salır. Bu işdə, əsasən, Ermənistandan, xüsusən də Nikol Paşinyan hakimiyyətindən istifadə edilir. Qərbdəki ağalarının bütün istəklərini qeyd-şərtsiz yerinə yetirmək erməni baş nazir üçün artıq rituala çevrilib. Son dövrlər Cənubi Qafqazda vəziyyətin dəyişməsi isə ABŞ və rəsmi Brüsselin tələsdiyini, regionda […]

Siyasət

Deputat: “Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən istənilən güc mərkəzi Bakı ilə uzlaşmağa məhkumdur”

“Proseslərin təhlili göstərir ki, Fransa və ABŞ Azərbaycanla Ermənistan arasında beynəlxalq hüququn prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına maneə törədirlər”. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, hər iki beynəlxalq subyekt özlərinin xaotik addımları ilə regionda münaqişələrə maraqlarının təmini üsulu kimi baxdıqlarını artıq gizlətmirlər. “Hətta hər iki dövlət nəinki suverenlik və […]

Siyasət

Sülhməramlıların regiondan çıxması: ABŞ-dən riyakarlıq – ŞƏRH

2020-ci ilin 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Sülhməramlıların çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor kimi yadda qalır. İki ölkə arasında münasibətlər, onsuz da, yaxşı idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək. Nəzərə almaq lazımdır ki, Qarabağ mövzusu artıq bağlanıb, ikitərəfli […]

Siyasət

Rusiyalı ekspert: “Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığını sübut edir”

“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır. “Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin […]

Siyasət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub. “Report”un xəbərinə görə, konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, digər deputatlar, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Naisseline Omayra iştirak edirlər. Xeberal.az