Siyasət

COP29-un Təşkilat Komitəsində gender bərabərliyinin qorunması təqdirəlayiqdir – RƏY

“COP29-un Təşkilat Komitəsinin tərkibinin gender bərabərliyi əsasında formalaşdırılması vacib və təqdirəlayiq qərardır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O vurğulayıb ki, Azərbaycanın bu cür önəmli və böyük tədbirə ev sahibliyi etməsinin özü tarixi əhəmiyyətli məsələdir: “Ölkəmiz böyük bir tədbirə ev sahibliyi etməyə hazırlaşır və proses bütün dünya ölkələri tərəfindən xüsusi diqqətlə izlənilir. BMT-nin […]

Siyasət

Azərbaycanlı nazir ABŞ Dövlət Departamentinin rəsmisi ilə görüşüb

ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini xanım Syu Biniazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.  Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq […]

Siyasət

Əli Əsədov və Numan Kurtulmuş müzakirələr aparıblar – FOTO

Baş nazir Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından […]

Siyasət

Aİ üçün “ev tapşırığı”: Sülh istəyirsə, Ermənistana təzyiq göstərməlidir – ŞƏRH + FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və sülh sazişi layihəsinin perspektivlərini müzakirə ediblər. XİN başçısı müəyyən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan Ermənistanın açdığı atəş nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasını […]

Siyasət

Fergus Auld: “COP29-un təşkilində Azərbaycana dəstək olmağa hazırıq” – FOTO

“Böyük Britaniya COP29-un təşkil edilməsində Azərbaycana dəstək olmağa hazırdır”. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” hesabında paylaşım edib. “Böyük Britaniya Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və COP29-un təşkilində vacib rol oynayan nümayəndələrlə maraqlı müzakirələr apardılar. Biz COP29-un təşkil edilməsində Azərbaycana […]

Siyasət

Azərbaycanda respondentlərin 60 faizi türk dünyası ilə əməkdaşlığı üstün tutur – SORĞU + FOTO

Azərbaycanda respondentlərin 60 faizi rəsmi Bakının türk dünyası ölkələri ilə əməkdaşlığını dəstəkləyir. Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub. Rəy sorğusunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 60%-i türk dünyası ölkələri ilə, 13,7%-i İslam ölkələri ilə, 9,9%-i məhz qonşu ölkələrlə əməkdaşlığa daha çox üstünlük verdiyini bildirib. Sorğuda iştirak edənlərin 6,6%-i keçmiş sovet ölkələri, […]

Siyasət

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. “Report”un məlumatına görə, Milli Gimnastika Arenasındakı tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb: “Yarışlara xoş gəlmisiniz. Bakı 7-ci dəfədir ki, bu turnirə ev sahibliyi edir. Təmsilçilərimiz bu növlərdə uğurlar qazanıblar. Əldə olunan nailiyyətlərə və idmana […]

Siyasət

Peter Lükimson: “İsraillə İran arasında birbaşa toqquşma dünya müharibəsinin başlanğıcı deməkdir” – MÜSAHİBƏ

Yaxın Şərqdə artıq beş aydır ki, İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında hərbi toqquşma davam edir. Eyni zamanda, kənardan baxanda hələlik İsrailin qələbəsi görünmür. Nə baş verir, müharibə hansı mərhələdədir, cərəyan edən hadisələr hansısa barışığa doğru aparırmı? Bu və digər hadisələr barədə israilli analitik və yazıçı Peter Lükimson Oxu.Az-la fikrini bölüşüb: – Lap əvvəldən İsrailin […]

Siyasət

Sabiq nazir Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. “Report” xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb. Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. O, daha sonra and içib. Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub. Xeberal.az

Siyasət

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.  President.az xəbər verir ki, məktubda deyilir: “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah […]