Siyasət

Fergus Auld: “COP29-un təşkilində Azərbaycana dəstək olmağa hazırıq” – FOTO

Sharing is caring!


“Böyük Britaniya COP29-un təşkil edilməsində Azərbaycana dəstək olmağa hazırdır”.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” hesabında paylaşım edib.

“Böyük Britaniya Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və COP29-un təşkilində vacib rol oynayan nümayəndələrlə maraqlı müzakirələr apardılar. Biz COP29-un təşkil edilməsində Azərbaycana dəstək olmağa hazırıq”,- diplomat bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir