Sənaye və energetika

Prezident: “Şuşada elektrik yarımstansiyası inşa edilir”

“Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə […]

Sənaye və energetika

Azərbaycan neftinin qiyməti 63 dollara yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur. Novorossiysk […]

Sənaye və energetika

“Azərişıq”dan ödəmə terminalları ilə bağlı AÇIQLAMA

“Azərişıq” ASC istehlakçılara bildirir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət şurasının) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilməkdədir. XəbərAl.az xəbər verir ki, bu barədə “Azərişıq”-ın ödəmə terminalları ilə bağlı yaydığı açıqlamada qeyd olunub. Təəssüflə bildirilib ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” […]

Sənaye və energetika

Türkiyəli nazirdən Cənub Qaz Dəhlisi ilə bağlı AÇIQLAMA

“Azərbaycan və Türkiyənin siyasi dəstəyi olmadan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilə bilməzdi”. Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VII iclasında deyib. O bildirib ki, bu günə qədər Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP ilə Türkiyə 9,4 milyard kubmetr həcmində təbii qaz əldə edib. Nazir […]

Sənaye və energetika

Azərbaycan nefti 62 dollara yaxınlaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,95 % artıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,69 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci […]

Sənaye və energetika

ABŞ tərəfdaş ölkələrin “enerji təhlükəsizliyi” mövzusunda yeni layihəyə başlayır: Siyahıda Azərbaycan da var

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) bir sıra tərəfdaş ölkələrdə “regional enerji təchizatı təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına” yönəlmiş proqram həyata keçirməyi planlaşdırır. RT xəbər verir ki, göstərilən məqsədlərə “Enerji aktivlərinin inkişafına investisiya” layihəsi çərçivəsində çatmaq nəzərdə tutulur. Enerji sektorunun istilik və enerji istehsalı müəssisələri, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələri, bərpa olunan enerji mənbələri, su təchizatı […]

Sənaye və energetika

Avropanı qazla təmin edən “Şahdəniz”ə nə qədər vəsait xərclənib?

2020-ci ildə “Şahdəniz” yatağının “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumi 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilib. “BP Azərbaycan”dan verilən məlumata əsasən, “Şahdəniz” yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 135 milyard kubmetr qaz və 32 milyon ton kondensat əldə edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə […]

Sənaye və energetika

Alternativ enerji mənbələrinin ilkin istehlakda payı artırılmalıdır

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əsas istiqamətlərindən biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir.  Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: – yüksək keyfiyyətli ekoloji mühit; – yaşıl enerji məkanı. Yüksək keyfiyyətli ekoloji mühit Ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin […]

Sənaye və energetika

İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib – FOTO/VİDEO

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib. XəbərAl.az xəbər verir ki, dövlətimizin başçısı “Xırdalan” yarımstansiyasında yaradılan şəraitlə tanış olub. Məlumat verildi ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub. Bakı şəhərinin […]

Sənaye və energetika

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsini öyrənir

İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə video-konfrans formatında görüş keçirilib. Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb. Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, […]