Sənaye və energetika

Azərbaycanda son beş ildə 5 600-ə yaxın minik avtomobili istehsal olunub

Son beş ildə (2016-2020-ci illər) Azərbaycanda 5 578 minik avtomobili istehsal olunub.  Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, 2016-cı ildən 2020-ci ilədək ölkədə minik avtomobillərin istehsalı 7,2 dəfə artıb. Hesablamalara əsasən, hesabat dövründə minik avtomobillərin istehsalı üzrə ən yüksək göstərici (2 360 ədəd) 2019-cu ildə, ən aşağı göstərici isə (30 ədəd) 2017-ci ildə […]

Sənaye və energetika

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi təsdiqlədi

Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib. IGB qaz boru kəmərinin Yunanıstanın Komotini bölgəsindəki və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsindəki çıxış nöqtələri Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradır. Sazişə qaz kəmərinin çəkilişi və layihə başa çatdıqdan sonra qazın nəqli üçün qarşılıqlı öhdəliklər, eləcə də, layihənin […]

Sənaye və energetika

Şuşada yeni yarımstansiya tikilir – Video

“Azərenerji” ASC Şuşanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərdə 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir. Bu barədə qurumdan məlumat verilib. Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq […]

Sənaye və energetika

Azərbaycanda dizel istehsalı azalıb

2020-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,101 mlrd manat təşkil edib. XəbərAl.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 3,6 % azdır. Hesabat dövründə 1 mln 166,7 min ton həcmində avtomobil benzini, 2 mln 068,6 mln ton dizel yanacağı, 25,4 min ton sürtkü […]

Sənaye və energetika

Qarabağda sənaye və tekstil fabrikləri yaradılacaq

Qarabağda məskunlaşacaq vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə sənaye və tekstil fabriklərinin qurulması planlaşdırılır. Türkiyə Sahibkarları Birliyindən (TÜMKİAD) verilən məlumata görə, layihənin icrasına dair qurumun nümayəndələri 18-22 yanvar tarixlərində Bakıda olacaqlar və ölkənin səlahiyyətli qurumların nümayəndələri ilə görüşəcəklər. Səfər çərçivəsində Milli Məclisin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə də görüşlər keçiriləcək.

Sənaye və energetika

Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi

“Azərişıq” ASC Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib. Qurumdan verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələri işıqlandırılıb. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi. Xatırladaq ki, 2020-ci […]

Sənaye və energetika

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

“Ötən il Türkiyə digər mənbələrdən aldığı təbii qazı azaltsa da, Azərbaycandan aldığı təbii qaz həcmini yüksək saxladı. 2021-ci ildə də bu tendensiyanın davam etməsi tamamilə BOTAŞ-ın qərarı və Türkiyədəki tələbdən asılıdır”. Bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, hazırda Azərbaycan qazı Türkiyədə ən aşağı qiymətlə […]

Sənaye və energetika

Laçındakı su elektrik stansiyası yenidən qurulur – Video

Erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. XəbərAl.az xəbər verir ki, hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb. Ancaq buna baxmayaraq, artıq “Azərenerji” Prezident İlham […]

Sənaye və energetika

Azərbaycanın bu ilki neft hasilatı ilə bağlı proqnozu yeniləndi

Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnozu yenilənib. ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən verilən məlumata əsasən, 2021-ci ilin yanvar ayının proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 730 min barel olacağı proqnozlaşdırılır. Halbuki, Agentliyin ötən ilin dekabr ayında neft və kondensat hasilatı ilə Azərbaycan […]