Ölkə

Peyvənd Koronavirusla Mübarizəyə Dəstək Fondunun Maliyyəsi Ilə Alınacaq

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) aldığımız vaksinə Koronavirusla Mübarizəyə Dəstək Fondundan maliyyə ayrılacaq. Bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı ötən gün keçirilən iclasda qeyd edib. Onun sözlərinə görə, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST tərəfindən təsdiqlənmiş […]

Ölkə

Sabahın havası: Yağış, dolu, külək

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, […]

Ölkə

İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

“Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də, sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq, növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”. “Xəbəral.az” azxeber.com-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar […]

Ölkə

Fəxrəddin Manafov Xəstəxanaya Aparıldı

Xalq artisti Fəxrəddin Manafov ötən gün gecə saatlarında Mərkəzi Klinikaya aparılıb. Kulis.az xəbər verir ki, o, böyrək sancılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib. Məlumatı Mərkəzi Klinikadan təsdiq ediblər və bildiriblər ki, ilkin müayinə və müalicədən sonra aktyor özünü yaxşı hiss edib və evə buraxılıb.

Ölkə

Köhnə qəsəbə, yeni görünüş – VİDEO

Bir müddət əvvəl Balaxanı qəsəbəsində olan nəzərlər indi də Bakının cənub girişində başqa bir yerə – Bibiheybət qəsəbəsinə yönəlib. Burada işlər hələ tam başa çatmasa da, qəsəbənin bir hissəsi artıq təmir olunub, yenilənib. Necə deyərlər, bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar. Baku Tv yenilənmiş Bibiheybətdən maraqlı süjet hazırlayıb. Qədim tarixə malik olan qəsəbə yeni rənglərə […]

Ölkə

Sabah hava necə olacaq? –Proqnoz

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Xəbəral.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz  26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət […]

Ölkə

Naxçıvana Yeni Ambulanslar Verildi

Sentyabrın 23-də Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib. Agentlikdən verilən xəbərə görə, qurumun İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub: “Ölkə başçısının tapşırığına […]

Ana Səhfə Ölkə

Ölkədə internetin sürəti niyə zəifdir? – AÇIQLAMA

Vətəndaşlar Bakıda, Sumqayıtda eləcə də digər regionlarda təklif edilən internetin keyfiyyətindən (sürətindən) narazıdırlar. Bu barədə  vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Xüsusilə də valideynlər uşaqların onlayn dərslərə qoşulan zaman çətinlik çəkdiklərini deyirlər. Keyfiyyətsiz internet səbəbindən əlaqə tez-tez kəsilir və bu dərs prosesinin keyfiyyətini azaldır. Pandemiya ilə bağlı əhalinin böyük bir hissəsinin mütəmadi evdə olması və internetdən […]

Ana Səhfə Ölkə

UNEC ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi və səhiyyə sahəsinin idarəedilməsi üzrə lazımi ixtisasların […]

Ölkə

Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb. Nazirlikdən verilən məlumata görə, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb. Geniş imkanlara malik sistem […]