manset Ölkə

“Eurohome” bağlanır: “Bizə deyirlər, gedin, başınıza çarə tapın” – VİDEO

“Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq, etiraz ediblər. Sahibkarlardan biri Rasim Musayev Qafqazinfo-ya bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib: “Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar […]

AKTUAL manset Ölkə

Kərəm Həsənov Bakıda nəhəng ticarət mərkəzi tikdirir

Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov yeni biznes mərkəzi tikdirir. Xəbəral.az  bildirir ki, K.Həsənov özünə yaxın tikinti şirkətləri vasitəsi ilə Bakı şəhərinin Heydər Əliyev prospektində böyük bir biznes mərkəzinin tikintisinə başlayıb. Verilən məlumata görə, dəyəri yüz milyondan çox olan bu mərkəz paytaxtda fəaliyyət göstərən biznes mərkəzlərin ən böyüyü olacaq. Qeyd edək ki, […]

manset Ölkə

Bakıda hamı bu polis kapitanından danışır — Görün nə edib… — VİDEO

Aşağıdakı videoda izləyəcəyiniz şəxs polis kapitanı Vasif Sadıqovdur. Hadisə də onunla bağlıdır. Xəbəral.az xəbər verir ki, aprelin 19-da gecə saatlarında yaşadığı Novxanı qəsəbəsinə gedən vətəndaş sükan arxasında özünü pis hiss edib. O, idarəetməni itirməmək üçün avtomobilin sürətini azaldıb. Bu zaman ərazidə xidmət aparan Abşeron rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sürücüyə “saxla” işarəsi veriblər. YPX […]

manset Ölkə

Mikayıl Cabbarov koronavirusa görə göstərilən maliyyə dəstəyinin məbləğini açıqladı

“Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 21 min 432 vergi ödəyicisinə 37 milyon 930 min 300 manat ödənilib”. Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, dövlətin sahibkara maliyyə dəstəyinin məbləği minimum 250, maksimum isə 5 000 manatdır. Nazir qeyd edib ki, koronavirusdan zərər çəkənlərin qeyri-neft […]

manset Ölkə

Deputatın və keçmiş icra başçısının oğlu işdən çıxarıldı

Milli Məclisdə kadr islahatları davam etdirilir. Xəbəral.az  xəbərinə görə, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, Elmir Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur. Bundan əlavə, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

manset Ölkə

Tanınmış fotoqraf yardım aksiyasına start verdi – FOTOLAR

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi və 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasının qadağan olunması ilə əlaqədar bir qrup könüllü gənc yardım göstərməyə start verir. Bu barədə XəbərAl.az-a aksiyanın təşkilatçısı fotoqraf Valeh Arifoğlu məlumat verib.Bildirilir ki,könüllülər Bakı şəhərində və Bölgələrdə yaşı […]

Ölkə

Araz Əlizadənin partiyasından olan xanımın topladığı fantastik səs sayı qalmaqal yaratdı – “Bütün hüquqi vasitələrdən istifadə edəcəm”

Bələdiyyə seçkilərində rəsmi bir nəticənin elan olunmasından sonra, ortaya çıxan rəqəm sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Xətai Bələdiyyəsinə  keçirilən seçkilərdə Araz Əlizadənin rəhbəri olduğu ASDP-nin təmsilçisi kimi  iştirak edən Abdullayeva Səbinə Hidayət qızının 22362 səs topladığı məlum olub. Həmin dairədən namizəd olan və seçki prosesində olduqca aktiv təbliğat aparan jurnalist Sevda Zülfuqarlı Azinforum.az-a açıqlamasında […]

Ana Səhfə Hadisə Ölkə

Bakıda daha bir qəza: piyada öldü

Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Xeberal.az-a verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

manset Ölkə

Söyüşcül blogger Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi – RƏSMİ

Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Xeberal.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq […]

manset Ölkə

“Başçının qəbuluna gələnləri çəkmək istəyən qadını yerə yıxıb qollarını burdular” – Şirvanda özbaşınalıq…

“Evimizin dam örtüyü demək olar ki, yoxdur, eləcə, əlimizə keçən şiferləri düzmüşük. Yağış başımıza yağır. Azyaşlı uşaqlarım var, ayaqları tutulur, ciyərləri, böyrəkləri xəstədir. Kanalizasiyamız yoxdur, ətrafımız çirkab sulardır. Xəstəliyin, ölümün içində yaşayırıq”. Bunları Şirvan şəhəri, Neftçilər küçəsi 3 a ünvanda yaşayan Günay Kərimova deyir. Onun sözlərinə görə, azyaşlı övladlarına görə özü işləyə bilmir, həyat yoldaşı […]