Müharibə

Ağdərə şəhəri bərpa olunur, Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Azərbaycanın yenidən bərpa edilən Ağdərə rayonunun inzibati mərkəzi Ağdərə şəhəri olacaq. “Report”un əldə etdiyi məlumata görə, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonunun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və […]

Müharibə

ANAMA: “Dağıdılmış dəmir yolu xətləri və hissələri mina ilə ciddi şəkildə çirkləndirilib”

“Dağıdılmış dəmir yolu xətləri və hissələri minadan ciddi şəkildə çirkləndirilib”. Bu barədə ANAMA məlumat yayıb. “Bəzən insanlar cığırla və ya otluqla getməyi təhlükəli hesab edərək dəmiryol xətti boyunca hərəkət etməyə üstünlük verirlər. Lakin bu daha təhlükəli ola bilər. Unutmaq olmaz ki, dağıdılmış dəmiryolu xətləri və hissələri minadan ciddi şəkildə çirkləndirilmişdir”, – məlumatda deyilir. Xeberal.az

Müharibə

Ermənilərin Xankəndidə hərbi texnikanın modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzi – VİDEO

Son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyəti əks etdirən video yayılıb. Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinqində bildirilib. Aparılan işlər nəticəsində […]

Müharibə

Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb – VİDEO

Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə […]

Müharibə

Azərbaycan antiterror tədbirlərindən sonra ələ keçirdiyi qənimətləri diplomatlara nümayiş etdirdi – FOTO

Azərbaycan Ordusunun apardığı antiterror tədbirləri nəticəsində ələ keçirilmiş hərbi qənimətlərin bir hissəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nümayiş olunub. Oxu.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin diplomatlar üçün brifinqindən sonra iştirakçılar silahlara baxış keçiriblər. Onlara məlumat verilib ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna daşınmış silahlar Azərbaycan əleyhinə istifadə üçün […]

Müharibə

Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Kəlbəcərdə saxlanılan erməni diversant – Qaqik Aşoti Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin […]

Müharibə

Zabuxa növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Oxu.Az xəbər verir ki, noyabrın 20-də Abşeron rayonunda, Bakı və  Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola […]

Müharibə

Düşmənlə üz-üzə döyüşən veteran: “Ermənilər ayıldılar ki, “Yaşma” Şuşanı götürüb” – VİDEO

Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Rizvan Məmmədov keçdiyi döyüş yolundan danışıb. Cəbhəyə könüllü olaraq yollanan müharibə veteranı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak etdiyini qeyd edib. R.Məmmədov Qubadlı döyüşlərində ermənilərlə üz-üzə vuruşduqlarını bildirib: “Haradasa aramızda 120-130 metr məsafə var idi. Onlarla səhərə kimi döyüşdük. Səhər açıldıqda […]

Müharibə

Müdafiə Nazirliyi təkzib verdi: Azərbaycan Ordusu Ermənistan mövqelərinə atəş açmayıb

“Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi […]

Müharibə

Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yoxlayıb – FOTO/VİDEO

Noyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını […]