Müharibə

66 kənd, bir qəsəbə və üç yüksəkliyin Ermənistanın işğalından azad edilməsindən üç il keçir – SİYAHI + FOTO

Bu gün 66 kəndin, bir qəsəbənin və üç yüksəkliyin Ermənistanın işğalından azad edilməsindən üç il ötür. Oxu.Az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin 9 noyabrında bir sıra rayonlar üzrə uğurlu əməliyyatlara imza atıb. Həmin gün elan edilən məlumatlara əsasən, işğaldan azad olunmuş əraziləri rayonlar üzrə təqdim edirik. Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı […]

Müharibə

Talış sakininin Zəfər Günü sevinci: “30 illik fasilədən sonra həsrətində olduğumuz əzəli torpağımızdayıq”

“Zəfər Günü bizə şəhidlərimizin mirasıdır”. Bu sözləri “Report”a açıqlamasında Tərtər rayonunun Talış kənd sakini Əyyub Əkbərov deyib. Zəfər sevincini doğma yurdlarında qeyd etdiyi üçün çox xoşbəxt olduğunu söyləyən Ə.Əkbərov qeyd edib: “Otuz yaşımda torpağımı tərk etmək məcburiyyətində qaldım. Bakıda yaşadığım bu illər ərzində ən böyük arzum doğma yurduma, ata ocağıma geri dönmək idi. Şükürlər olsun ki, […]

Müharibə

Üzərinə şəhid qoxusunu hopduran məkandan REPORTAJ + FOTO

Bura Vətən Müharibəsi Fondudur. O fond ki, Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və digər şəhidlərimizin izlərini yaşadır. Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarına və Azərbaycanın bütövlüyü uğrunda qanından, canından keçən şəhidlərimizə məxsus əşyalar və fotolar burada mühafizə olunur. Oxu.Az-ın əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Vətən Müharibəsi Fondunda […]

Müharibə

Xankəndi paradına Azərbaycan Ordusunun Baş Qərargah rəisi komandanlıq edib – FOTO

Xankəndi şəhərində keçirilən Zəfər paradına müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib. “Report”un xəbərinə görə, əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları meydana gətirilib. Sonra Vətən müharibəsində və antiterror tədbirlərində əsl […]

Müharibə

Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət olunur – FOTO

8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət edilir. “Report” xəbər verir ki, Azərbaycan xalqı İkinci Şəhidlər xiyabanına axın edir, torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları ziyarət olunur. Xalq şəhidlərin məzarları önünə tər güllər düzür, onların əziz xatirəsini yad edir. Xeberal.az

Müharibə

Müdafiə Nazirliyinin zabit heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. “Report” xəbər verir ki, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar. Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər. Xeberal.az

Müharibə

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş ediblər – FOTO

Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları “Qapıcıq” zirvəsinə yürüş edib. “Report” xəbər verir ki, ölkə başçısı cənab İlham Əliyev 20 il bundan öncə 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi […]

Müharibə

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda növbəti gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Çıxış edənlər kurslar zamanı Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, […]

Müharibə

Azad olunan ərazilərdə daha 649 partladılmamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (oktyabrın 30-dan noyabrın 5-ə) açıqlanıb. Bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 649 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 […]

Müharibə

Azərbaycanda hərbçilərin maaşlarının artırılması təklif olunur

“Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib. Onun sözlərinə görə, həmin hərbçilər peşəkardırlar və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır. Xeberal.az