Müharibə

Hərbi qulluqçularımız “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xeberal.az

Müharibə

Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf müzakirə olunub – FOTO

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub. Görüşdə […]

Müharibə

Paşinyandan Qarabağla bağlı etiraflar və revanşistlərə sərt mesaj – ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyan sensasiyalı sayıla biləcək açıqlamalarla çıxış edib. Parlamentdə noyabrın 16-da dövlət büdcəsinin müzakirələri zamanı deputatlara Qarabağla bağlı bir sıra etirafları, həqiqətləri söyləyib ki, bu da bir çox məqamları ilə önəmli sayıla bilər. Ən mühümü odur ki, Nikol Paşinyan Ermənistanın özündən əvvəlki dövlət başçılarının indiyə qədər cürət edib deyə bilmədiklərini dilə gətirib. […]

Müharibə

“Evimə, doğma yurduma gedirəm” – Laçından VİDEOREPORTAJ + FOTO

Laçında Əlövsət dayının Qafqazinfo.az saytına söhbəti zamanı telefonuna zəng gəlir.  Etika xətrinə cavab vermək istəmir, amma dərhal bu mədəniyyət nümayişinin qarşısını alıram: – Narahat olmayın, açın, açın… – Yoldaşımdır, gedib işdən götürməliyəm, görüm nə deyir… Yoldaşı Əlövsət dayıya gəlməsinə ehtiyac qalmadığını, evə qonşunun gəlini ilə birgə dönəcəyini bildirir. 92-ci ildən bu yana Laçının qaytarılması ilə bağlı […]

Müharibə

Məhkəmədən avtomobil qəzasında həlak olan hərbçimizə şəhid statusunun verilməsi barədə QƏRAR – FOTO

Bakı Apellyasiya Məhkəməsində Zahid Məmmədzayid oğlu Səlimova şəhid statusunun verilməsi ilə bağlı qərardan inzibati orqan tərəfindən verilən şikayətə baxılıb. Bu barədə e-huquq.az-a iddiaçı tərəfin vəkili Əziz Qənbərli məlumat verib. Onun sözlərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. “Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov 2022-ci ilin […]

Müharibə

Ərdoğan: “Ermənistan Qarabağ müharibəsində dərsini alıb, yerinə oturdu”

“Ermənistan Qarabağ müharibəsində dərsini alıb, yerinə oturdu”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib. O, Ermənistanın illərlə Türkiyənin də torpaqları ilə bağlı xam xəyallar qurduğunu vurğulayıb. “Müdafiə sənayesində tam müstəqil Türkiyə hədəfinə mütləq çatacağıq. Türk milləti olaraq bu torpaqlarda azad və […]

Müharibə

İran səfiri: “Tehranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub” – FOTO

“İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub”. Oxu.Az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “X” sosial şəbəkə hesabında bildirib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. “Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi, qanunları ilə məna tapır”, – […]

Müharibə

Aleksandr Budberq: “Ermənistan uşaq mövqeyindədir” – ŞƏRH

Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi obyektiv səbəblərdən dayandırılıb. Mövcud üç platformadan heç biri fəaliyyət göstərmir. ABŞ İsraillə HƏMAS arasında müharibə ilə məşğuldur, Brüssel və Paris açıq şəkildə ermənipərəst mövqe tutaraq Avropa platformasını uğurla nüfuzdan salıb. Bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrel noyabrın 13-də verdiyi açıqlamalarla bir daha təsdiqləyib. İndi yalnız müntəzəm, lakin uğursuz şəkildə vasitəçilik […]

Müharibə

Müdafiə naziri Pakistanın Aviasiya Kompleksinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq […]

Müharibə

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb – FOTO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov orada İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə […]