Müharibə

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin […]

Müharibə

Zəngilan rayonunun Yusiflər kəndi – FOTO

Zəngilan rayonunun Yusiflər kəndi Şayıflı kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yusiflər kəndinin görüntülərini təqdim edir. Xeberal.az

Müharibə

Başına pul mükafatı qoyulan, adı tankları bəzəyən Milli Qəhrəmanın doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. O, 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Albert Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya […]

Müharibə

Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb – FOTO/VİDEO

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra […]

Müharibə

Yevgeni Mixaylov: “Azərbaycanın blokpost qurması heç bir razılaşmanı pozmur” – RF-dən ŞƏRH

“Bakı Ermənistan sərhədlərindən Xankəndiyə gedən yolda blokpost yaratmaqla Azərbaycanın Qarabağ bölgəsində və ümumən Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsi istiqamətində çox ciddi addım atıb”. Bu barədə Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” (“Jurnalistskiye rassledovaniya”) “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Oxu.Az-a Azərbaycan və Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, əgər Rusiya […]

Müharibə

Kəlbəcər rayonunun Vəng kəndi – FOTO

Kəlbəcər rayonunun Vəng kəndi Bağlıpəyə kənd inzibati ərazi dairəsində, Tərtər çayının sahilində yerləşir. Xudavəng monastır kompleksi bu kəndin yaxınlığındadır. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il […]

Müharibə

Rəsmi Bakıdan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına REAKSİYA – FOTO/VİDEO

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik. “Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb. “Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, – […]

Müharibə

Yeni təsis edilən sərhəd-buraxılış məntəqəsi fasiləsiz elektrik enerjisi ilə təmin olunub – VİDEO

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub. Bu barədə “Azərişıq” ASC-dən bildirilib. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz […]

Müharibə

“Sərhəd-buraxılış məntəqəsinin qurulması İlham Əliyevin xarici və hərbi siyasətinin mühüm uğurudur” – RƏY

“Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir və çox böyük beynəlxalq uğurdur. Bu hadisə Prezident, cənab İlham Əliyevin çox peşəkar, qətiyyətli və soyuqqanlı xarici və hərbi siyasətinin mühüm uğurudur”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Ermənistan Qarabağda […]

Müharibə

Hikmət Babaoğlu: “Nə “sülhməramlıların” missiyası, nə də Ermənistanın məramı sülhdür” – FOTO

“Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırması beynəlxalq hüquqa uyğundur. Eyni zamanda, beynəlxalq hüquqla Azərbaycana tanınan haqdır”. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, istisnasız olaraq dünyanın bütün ölkələri arasında gediş-gəliş qaydaları mütləq nəzarət-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir: “Yəni bu dövlətlərarası münasibətlərin normasıdır. Beynəlxalq hüququn bir tələbidir. Əslində bu vaxta qədər […]