Müharibə

Əliyevin xəbərdarlıqları: Yeni ssenarilərə hazırlıq – TƏHLİL

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirləri iki istiqamət üzrə təsnifatlandırmaq olar. Birincisi, Rusiya sülhməramlı qoşunlarının müvəqqəti qaydada yerləşdirildiyi Qarabağda açıq qalan məsələlərin həlli Azərbaycanın daxili işidir. İkincisi, Əliyev İrəvandakı ağır atletika üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılması fonunda belə bir ifadə işlətdi: “Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz […]

Müharibə

BQXK avtomobilləri Laçında: Bölgədə nə baş verir? – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında biz artıq buna nail olacağıq”. Prezident İlham Əliyev Laçına qayıdışın tarixini açıqladı. “Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Onlar yoxdursa, biz varıq”. İrəvanda qalib olan daha bir türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər Laçına getdi. Bölgədə nə baş verir? Daha ətraflı […]

Müharibə

Britaniyalı deputat: “Cəsur insanlar Ağdamda minaları təmizləyirlər” – VİDEO

Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib. Bu barədə siyasətçi özünün “Twitter” hesabında məlumat verib. “Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib. Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə bir milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları […]

Müharibə

DİN: “Tərtərdə minaya düşən şəxsin həyati təhlükəsi yoxdur” – YENİLƏNİB + VİDEO

Tərtər rayonu Borsunlu kəndində 1980-ci il təvəllüdlü Elnur Əsgərov minaya düşüb. DİN-in Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, kənd sakini E.Əsgərov xəstəxanaya yerləşdirilib: “Həyati təhlükəsi yoxdur. Araşdırma aparılır”. 17:58 Borsunlu sakininin minaya düşməsi ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir. Qeyd olunur ki, aprelin 18-də Tərtər rayonunun […]

Müharibə

Vətəndaşları qarşıdakı aylarda nələr gözləyir? – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Daha bir vətəndaşımız ermənilərin gizli ölüm tələsinə düşdü. Tərtərdə mina partlayışı baş verdi. Molla rejimi qızları qəsdən zəhərləyir? Güney Azərbaycanlı fəallar İranın ölkəmizə qarşı xain planlarından danışdı. Azərbaycanlı deputatlar qızğın döyüşlərin getdiyi Ukraynada. Buçada olan millət vəkillərinin səfərinin məqsədi açıqlandı. Kartof və soğanın qiyməti kəskin bahalaşdı. Vərtəndaşları qarşıdakı aylarda nələr […]

Müharibə

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşüb. Söhbət əsnasında Azərbaycanla münasibətlərin normallaşmasına da toxunulub. Bu barədə hökumətin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, tərəflər həmçinin İrəvan və Bakı arasında dialoq üçün beynəlxalq mexanizmin formalaşdırılması, kommunikasiyaların açılması və s. mövzuları da müzakirə ediblər. Mənbə: “Sputnik” Ermənistan Xeberal.az

Müharibə

“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” – BAŞLIBEL SAKİNİ +FOTO

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 30 il ötür. Həmin dövrdə baş verən hadisələr, ermənilərin hücumu, Birinci Qarabağ müharibəsinin başlanması və Kəlbəcərdə törədilən qırğınlar haqqında Oxu.Az-a danışan Başlıbel sakini Musa Əzizov düşmənin separatçılıq əməllərinin 1988-ci ildə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması ilə aktivləşdiyini deyib. Kəlbəcər sakini Başlıbel sakinlərinin […]

Müharibə

Başlıbeldə ermənilərin öldürdükləri azərbaycanlılar – VİDEO

Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Başlıbel faciəsindən 30 il ötür. Dəhşətli qətliam zamanı ailə üzvlərini, doğmalarını itirən sakinlər Başlıbel kəndini ziyarət ediblər. Hadisə şahidləri doğmalarının dəfn olunduğu kütləvi məzarlıqda olub, onların ruhuna dualar oxuyublar. Xeberal.az

Müharibə

Müdafiə naziri Qazaxıstana rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır. Xeberal.az

Müharibə

Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir” – FOTO

“Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Oxu.Az xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O xatırladıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub: […]