MDB

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi – Foto

Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasına güllə keçirməyən jilet geyinərək gəlib. XəbərAl.az xəbər verir ki, Paşinyanın bu addımı isə sosial mediada erməni jurnalistlər və ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Parlamentə güllə keçirməyən jilet geyinərək gəlməyi qorxaqlıq adlandıran erməni bloger və jurnalistlər baş naziri qorxaq adlandırıblar. Qeyd edək ki, erməni müxalifətçilər və politoloqlar müxtəlif açıqlamarında Ermənistanda […]

MDB

Bayden and içərək prezident kimi fəaliyyətə başladı

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir. XəbərAl.az xəbər verir ki, ABŞ-ın 46-cı prezidenti olan Bayden and içərək vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatan prezidenti Donald Tramp yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib.

MDB

Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi

Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə RF-nin Nyu-Yorkdakı Baş Konsulluğunun telefon xətlərinin açılması ilə bağlı yaranan problemin aradan qaldırılması tələbi ilə nota göndərib. XəbərAl.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğunun nümayəndəsi Aleksey Topolski bildirib ki, gecəyədək vəziyyət dəyişməyib, şəhərə çıxışı olan bütün telefon xətləri tamamilə kəsilib. Bildirilib ki, Baş Konsulluğun 30-dək […]

MDB

Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyan barəsində cinayət işi başlayıb. XəbərAl.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, D. Qalstyan Ermənistan Müdafiə Nazirliyinin bir qrup əməkdaşı ilə birgə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bildirilib ki, bu vəsait müdafiə satınalmaları üçün ayrılıb. Qaltsyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətə sahibdir. Bu şirkətlər […]

MDB

Navalnıya 30 sutkalıq həbs verildi

Rusiyada məhkəmə siyasətçi Aleksey Navalnı barəsində 30 sutkalıq həbs qərarı verib. XəbərAl.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə iclası Ximki şəhər Daxili İşlər Nazirliyinin 2-ci polis bölməsində baş tutub. Xatırladaq ki, A.Navalnı ötən gün Almaniyadan Rusiyaya qayıdarkən Moskvanın Şeremetyevo hava limanından saxlanılıb.

MDB

Anna Akopyan Moskvada azərbaycanlı qadınla görüşüb – Sensasion iddia

Erməni mətbuatının yazdığına görə, Ermənistanın Baş naziri Anna Akopyan Moskvada Azərbaycan diplomatik nömrəsi olan avtomobildə gəlmiş qadınla görüşüb. Mediaport teleqram-kanalda dərc olunan məlumatda deyiilir: “Anna Akopyan Moskvada bir qadınla gizli şəkildə bir qadınla görüşüb. Azərbaycan diplomatik nömrəsi olan maşını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müşayiət ediblər”. Görüşün Rublevo-Uspenski şossesində yerləşən “Çarskaya oxota” restoranında keçirildiyi bildirilir.

MDB

Medvedev Baydenin rəhbərliyi barədə: “Sərt anti-Rusiya siyasətinin davamından başqa bir şey gözləmirik”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Co Baydenin prezidentliyi dövründə ABŞ-ın anti-Rusiya siyasətinə davam edəcəyini proqnozlaşdırır. Bu barədə Medvedev TASS-a müsahibəsində deyib. Onun sözlərinə görə, son illərdə Ağ Evin rəhbərinin kimliyindən asılı olmayaraq, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin trayektoriyası daralmağa doğru gedir: “Daim Rusiya ilə münasibət qurmaq arzusundan danışan Donald Trampın prezidentliyi dövründə də Moskva […]

MDB

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdi

ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən türk icmasının aktivləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq qəzetin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə […]

MDB

Yanvarın 26-dan sonra ABŞ-a gedənlərə YENİ TƏLƏB

ABŞ-da yanvarın 26-dan etibarən ölkəyə gələnlərdən mənfi nəticəli koronavirus testi tələb ediləcək. Bu barədə “RİA Novosti” ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) istinadla məlumat yayır. Qeyd olunur ki, sərnişinlər səfərdən ən çox üç gün əvvəl COVID-19 testi verməli və nəticəsini aviaşirkətə təqdim etməlidirlər. Uçuşdan əvvəl aviaşirkətlərdən sərnişinlərin mənfi test nəticələrini təsdiq etmələri tələb olunacaq. […]

MDB

“Facebook” və “Twitter” Trampı bloklayandan sonra 44 milyard dollar vəsaitdən məhrum olub

“Facebook” və “Twitter” sosial şəbəkələri ABŞ prezidenti Donald Trampın hesablarının bloklanması səbəbindən 44 milyard dollar vəsait itirib.  REN TV xəbər verir ki, bunu NASDAQ birjasının məlumatlarına əsasən demək mümkündür. Qeyd edək ki, D.Trampın sosial şəbəkələrdəki hesablarının bloklanması, siyasətçinin minlərlə tərəfdarının Vaşinqtonda etiraz nümayişləri keçirməsindən sonra başladı. Etirazçıların bir hissəsi Konqresin ölkədəki prezident seçkilərinin nəticələrini təsdiq […]