MARAQLI

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? – TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır. Bu barədə “PLOS Digital Health Journal” tibbi nəşrində dərc olunan araşdırmada deyilir. Tədqiqatçıların hesablamalarına görə, bu altmış dəqiqə ərzində, saat 05:00-dan saat 06:00-a qədər insanlar nə vaxt oyanmasından asılı olmayaraq, əhvali-ruhiyyələrinin […]

MARAQLI

“Star Wars”un uşaq ulduzu psixiatriya hospitalına yerləşdirilib – FOTO

“Star Wars” (“Ulduz müharibələri”) serialının uşaq ulduzu kimi tanınan və filmdə “Anakin Skayvolker” obrazı ilə yadda qalan Ceyk Lloyd psixiatriya hospitalına yerləşdirilib. Onun orta məktəb illərindən psixi problemləri olduğu və 10 aydır psixi sağlamlıq mərkəzində müalicə aldığı üzə çıxıb. Bununla bağlı 35 yaşlı aktyorun anası Liza Lloyd “Scripps News” nəşrinə verdiyi müsahibədə danışıb. Liza Lloyd oğlunun […]

MARAQLI

Türkiyəli məşhur müğənninin səhhətində ciddi problem yarandı

Məşhur türkiyəli müğənni Gökhan Özenin səhhətində ciddi problem yaranıb. Oxu.Az-ın məlumatına görə, bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, İzmirdə konsert verdikdən sonra çox ciddi şəkildə infeksiyaya yoluxub. Müayinələrdən sonra həkim ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq edib. “İzmir konsertindən sonra son üç gündür ki, ciddi infeksiyaya yoluxmuşam, yataqdayam. Həkimlərimizdən […]

MARAQLI

Türkiyə aviasiyasının qızıl dövrü: “Bayraktar” səsdən sürətli raketin sınağını keçirdi – FOTO/VİDEO

Türkiyənin pilotsuz hava hücumundan müdafiə vasitələri arasında əhəmiyyətli yerə sahib olan “Bayraktar Akıncı” “Roketsan” şirkətinin istehsalı olan “İHA-122” səsdən sürətli raketinin atış sınağını müvəffəqiyyətlə başa vurub. Oxu.Az-ın məlumatına görə, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “X” hesabında “Türk aviasiyasının qızıl çağı” başlığı ilə sınaqların görüntülərini paylaşıb. Qeyd edək ki, “İHA-122” raketi yüksək dəqiqliyə, sürətli atəş […]

MARAQLI

Kim Çen In ordunun ən yeni tankını özü sınaqdan keçirdi – FOTO

Şimali Koreya lideri Kim Çen In ölkə ordusunun ən yeni tankının sınaqlarında iştirak edib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib. Bildirilir ki, o, KXDR-də keçirilən tank heyətinin yarışlarında iştirak edib. “Kim Çen In şəxsən yeni tipli döyüş tankında oturdu və sükanı möhkəm tutaraq tankı idarə etdi, bununla da ordumuzun tankçılarının yüksək əhvali-ruhiyyəsini yüz qat gücləndirdi”, – deyə […]

MARAQLI

Səs tellərində problem olan insanlar danışa biləcəklər – FOTO

Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana səs tellərindən istifadə etmədən danışmağa imkan verir. Bu barədə “Nature Communications” elmi jurnalında dərc olunan məqalədə xəbər verilib. Bildirilib ki, cihazın işləməsi üçün batareya və […]

MARAQLI

Ramazanda susuzluqdan əziyyət çəkməmək üçün nə etməliyik? – Alimlərdən məsləhət

Ramazan ayında oruc tutmaq İslamın beş sütunundan biridir. Bu, yetkin və sağlam müsəlmanlar üçün vacib sayılır. Həddindən artıq susuzluq hissinin qarşısını almaq və orucu sağlam şəkildə tamamlamaq üçün alimlər müsəlmanlar üçün mühüm məsləhətlər veriblər. 1. İmsakda bol su içməyin. Bunun əvəzinə iftar və imsak arasında çox su içmək daha məsləhətdir. 2. Nə içək? İftarda çox soyuq […]

MARAQLI

Məşhur rusiyalı müğənni qalmaqallı “çılpaq gecə”dən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – VİDEO

Məşhur rusiyalı müğənni Lolita Milyavskaya bloqer Anastasiya İvleyevanın qalmaqallı “çılpaq gecə”sindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Bu barədə “The Voice” “Telegram” kanalında paylaşım edilib. 60 yaşlı Lolita Milyavskaya “MUZ-TV Awards 2024”ün mətbuat üçün təşkil etdiyi səhər yeməyinin qonağı olub. Aktrisa çiyinləri açıq qara sviter, qızılı sırğalar və görmə üçün olan qara-qırmızı çərçivəli eynəkdə olub. […]

MARAQLI

Yaponoya küçələrində “zəhərli pişik” dolaşır: Əhaliyə xəbərdarlıq edildi – FOTO

Yaponiyanın qərbində yerləşən Fukuyama şəhərində pişik təhlükəli kimyəvi maddə ilə dolu olan çənə düşüb. Çəndən çıxan pişik hadisə yerindən uzaqlaşsa da, arxasınca kimyəvi maddə ilə islanmış pəncə izlərini qoyub. Fabrik işçisi çəndən uzaqlaşan sarı pəncə izlərini aşkar etdikdən sonra təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb. Pişiyin küçələrdə sərbəst şəkildə gəzdiyi təsdiqləndikdən sonra səlahiyyətlilər həyəcan təbili çalıblar və […]

MARAQLI

Kosmosdan Yerin tədricən qaranlığa qərq olmasının heyrətamiz görüntüləri – VİDEO

Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerin necə tədricən qaranlığa qərq olduğunu göstərən görüntülər paylaşılıb. Kadrları rusiyalı kosmonavt Nikolay Çub qeydə alıb. Videoda BKS-nin Yer səthi üzərində necə hərəkət etdiyi və planetimizin məskunlaşmış hissələrində bir-birini əvəz edən işıqlı şəhərləri geridə qoyduğu görünür. Ancaq bir müddət sonra stansiya kölgə tərəfə yönəlir, nəticədə o, tamamilə qaranlığa qərq olub. Mənbə: Kp.ru Xeberal.az