MARAQLI

Ancelina Coli moda sahəsində debüt etdi – FOTO

Ancelina Coli moda dizaynında debüt edib. O, məşhur yazar Suleyka Jauaud Batistin 96-cı Akademiya Mükafatları mərasimində geyindiyi büzməli paltarını dizayn edib. Suleyka öz imicindən razı qalıb və Ancelinanı “yeganə və təkrarolunmaz” adlandırıb. “Bu, ulduzun “qırmızı xalı”ya paltar dizaynında ilk təcrübəsi idi və o, rəssam Çaz Qesti paltarın arxasına simfoniya çəkməyə dəvət etdi”, – deyə 35 […]

MARAQLI

Kral ailəsinin yalanı gizlətmək üçün paylaşdığı şəkil saxta çıxdı – FOTO

Dünya mediası ikinci gündür ki, Uels şahzadəsi Keyt Middltonun qəribə fotosu ətrafında baş verənləri aktiv şəkildə müzakirə edir. Məsələn, “Independent” fotoda bir çox problemi, o cümlədən Şahzadə Şarlottanın qolunun əskik hissəsi və ətəyinin kənarının görünüşü, həmçinin Keytin geyimindəki zəncirbəndin yerinə diqqət yönəldib. “Wall Street Journal” isə bu şəklin dünyanı Uels Şahzadəsinin sağlamlığının yaxşı olduğuna inandırmaq […]

MARAQLI

Qaydaları olmayan Qahirə: Sürücülük vəsiqəsini qeyri-adi yolla alıb maşınları əzik sürürlər – VİDEOREPORTAJ

Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə piramidaları, Sfinksi, mumiyaları – nağıl kimi keçmişi ilə hələ də hər kəsi maraqda saxlayan Misirdən bəhs olunub. Qədim fironlar ölkəsinin paytaxtı Qahirə özünəməxsus həyat tərzi, bahalı mülkləri və natəmiz küçələri ilə də yadda qalır. Bura səs-küylü və xaotikdir. Qahirədə işləmək […]

MARAQLI

Pərəstişkarına kobud davranan Madonna tənqid edildi – FOTO/VİDEO

65 yaşlı müğənni Madonna dünya turu çərçivəsində konsertlərini verməkdə davam edir. Ancaq onun Los-Ancelesdəki konserti mahnıları ilə yox, ifaçının kobud davranışı ilə yadda qalıb. Belə ki, müğənni konsert zamanı zalda fanatlarından birinin başqaları kimi ayaq üstə dayanmadığını görərək ona yaxınlaşıb və “Orada oturub nə edirsən? Niyə oturursan?”, – deyə soruşub. Ancaq ifaçı səhnənin kənarına yaxınlaşanda […]

MARAQLI

Məşhur Hollivud aktyoru “Oskar” gecəsinə özündən 31 yaş kiçik həyat yoldaşı ilə gəldi – FOTO

Məşhur Hollivud aktyoru Nikolas Keyc uzun müddət sonra ilk dəfə gənc həyat yoldaşı Riko Şibata ilə ictimaiyyət qarşısına çıxıb. 60 yaşlı Nikolas Keyc və 29 yaşlı Riko Şibata 96-cı “Oskar” mükafatlandırma mərasiminə birlikdə qatılıblar. Aktyor və həyat yoldaşının geyimi də diqqət mərkəzində olub. Nikolas Keyc və Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış […]

MARAQLI

400 metrlik televiziya qülləsi yerlə bir oldu: Texasdan maraqlı görüntülər – VİDEO

ABŞ-nin Texas ştatında 400 metrlik televiziya qülləsi partladılıb. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. Bildirilir ki, buna səbəb kabellərdən birinin qırılması olub. Bundan sonra mühəndislər onu təmir etmək əvəzinə istismardan çıxarılmasını daha uyğun görüblər.  Beləliklə, qüllənin yerləşdiyi La-Feria şəhərinin sakinlərinə əvvəlcədən xəbərdarlıq edilib, bəzi ərazilər boşaldılıb. Bundan sonra nəzarətli partlayışla qüllə partladılıb.    Mənbə: ntv.ru […]

MARAQLI

Serdar Ortaç əlil arabasında görüntüləri ilə pərəstişkarlarını məyus etdi – VİDEO

Uzun illərdir dağınıq sklerozdan əziyyət çəkən türkiyəli məşhur müğənni Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını məyus edib. Belə ki, məşhur ifaçı konsertindən əvvəl və sonra əlil arabasında hərəkət edib. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlarda Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür. Qeyd edək ki, […]

MARAQLI

Yumşaq mebellərdəki ləkələrdən xilas olmanın SADƏ ÜSULU

Mütəxəssislər yumşaq mebellərdən ləkələri təmizləməyin effektiv və sadə üsulunu açıqlayıblar. Onların sözlərinə görə, qarğıdalı nişastasından istifadə edərək yumşaq mebellərdən ləkələri çıxara bilərsiniz. Lakin bu vasitə yalnız təzə ləkələri asanlıqla təmizləyir. Köhnə ləkələrə gəlincə, onları aradan qaldırmaq üçün ləkələrin üzərini qalın nişasta təbəqəsi ilə örtmək və bir gecə saxlamaq, sonra həmin yeri nəm süngərlə silmək olar. […]