Kriminal manset

Kürdəmirdə üç nəfər bir nəfəri bıçaqladı – Təfərrüat

Kürdəmir rayonunda quldurluq hadisəsi baş verib. XeberAl.az xəbər verir ki, bir qrup şəxs rayon sakini Y.Səmədovu bıçaqla vurub və onun 50 manatını əlindən alıblar. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri N.Çıqqarov, R.İbrahimov və P.Quliyev saxlanılıblar. Faktla bağlı […]

Dünya manset

Bu şəxslər Həcc ziyarətinə pulsuz gedəcək – Səudiyyə Ərəbistanından JEST

Səudiyyə Ərəbistanı Yeni Zelandiyanın Kraystçerç şəhərində 15 mart tarixində baş verən məscidlərə silahlı hücum zamanı həlak olan müsəlmanların yaxınlarına və yaralılara jest edib. XeberAl.az  xəbər verir ki, həmin şəxslər “Xədmül Hərəmi Şərifin qonaqları” kimi Həcc ziyarətində gedə biləcək. SPA agentliyinin məlumatına görə, Kral Salman ibn Əbdüləziz 200 nəfərin Həcc ziyarətini pulsuz yerinə yetirmək üçün fərman […]

Dünya manset

Boltonla Pompeo Trampa Türkiyəyə görə təzyiq edir

ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Donald Trampa Türkiyəyə qarşı sanksiyaların tətbiqi üçün təzyiq edirlər. XeberAl.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Məlumata görə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qurduğu əlaqənin mühafizəsi üçün bu təzyiqlərə qarşı müqavimət göstərir. CNN Konqresdəki respublikaçı konqresmenlərin də Trampa […]

Dünya manset

Trampdan Türkiyə etirafı – “Pis vəziyyətdə qalmışıq”

“Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ən çox ABŞ-ı narahat edir”. XeberAl.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib. O, əvvəlki ölkə başçısı Barak Obamanın zamanında “Patriot” qurğularının Türkiyəyə satılmamasının yanlış qərar olduğunu, bu səbəbdən də türklərin Rusiyaya yönəldiyini deyib. ABŞ dövlət başçısı, həmçinin iki dövlət arasındakı münasibətlərin […]

Cəmiyyət manset

DTX rəhbəri məzun günündə – Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib. XeberAl.az xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstəsi qoyulub. […]

Gündəm manset

Əli Həsənov: Sərhədçilərimizə qarşı törədilən son təxribat…

“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərtac-a açıqlama verib. XeberAl.az-ın məlumatına görə, açıqlamada deyilir: İyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb […]

Dünya manset

ABŞ-dan biabırçı əməliyyat: 13 dinc sakin öldürüldü

ABŞ liderliyində koalisiya qüvvələri və YPG/PKK terror təşkilatı Suriyanın Deyr əz Zor qəsəbəsində İŞİD üzvünə qarşı əməliyyat keçirən zaman 13 dinc sakini öldürüb. XeberAl.az xəbər verir ki, ABŞ-ın Suriyada əsas müttəfiqi olan PKK-nın törəmə şəbəkəsi və anti-İŞİD koalisiya qüvvələri gecə saatlarında İŞİD terrorçusunu yaxalamaq üçün hava əməliyyatına başlayıb. ABŞ-a məxsus helikopterlərlə Tikhi bələdiyyəsinə gələn YPG […]

Cəmiyyət manset

Ali Baş komandan tapşırıq verdi: Hərbi hissələr yoxlanılır/Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır. Bu barədə XeberAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin […]

Dünya manset

Türk gəmisinə hücum – 10 nəfər əsir götürüldü

Qvineya körfəzinin Nigeriya sahillərində “Paksoy-1” adlı türk gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb. XeberAl.az  xəbər verir ki, gəmidəki heyətin 10 üzvü əsir alınıb. Məlumatda qeyd edilir ki, gəminin personalı türkdür və hadisə iyulun 13-də baş verib. Gəmiyə hücum zamanı yaralanma və ölüm faktı qeydə alınmayıb. Hazırda gəmi personalının azad buraxılması üçün danışıqlar aparılır. O da […]

manset Siyasət

Deputatdan şok Keşikçidağ açıqlaması: Son xəbərdarlıq…

Düşünürəm növbəti belə təxribat olarsa, sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik. XeberAl.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Gürcüstanla sərhəddə yaranmış insidentlə bağlı Moderator.az-a açıqlamasında deyib. “Çox təəssüf ki, bizim səbrli davranışımız zəiflik kimi qiymətləndirilir. […]