Dünya manset

Türk gəmisinə hücum – 10 nəfər əsir götürüldü

Sharing is caring!

Qvineya körfəzinin Nigeriya sahillərində “Paksoy-1” adlı türk gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb.

XeberAl.az  xəbər verir ki, gəmidəki heyətin 10 üzvü əsir alınıb.

Məlumatda qeyd edilir ki, gəminin personalı türkdür və hadisə iyulun 13-də baş verib. Gəmiyə hücum zamanı yaralanma və ölüm faktı qeydə alınmayıb.

Hazırda gəmi personalının azad buraxılması üçün danışıqlar aparılır. O da aydın olub ki, yük gəmisi boş vəziyyətdə dəniz quldurları tərəfindən götürülüb.

Gəminin sahibi olan Qədiroğlu Dəniz Şirkəti faktla bağlı açıqlama yayıb. Şirkət personalın azadlığa buraxılması üçün danışıqlar apardığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir