Mədəniyyət

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib – FOTO/VİDEO

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb. Ötən gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında iki konsert proqramı təqdim olunub. Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan və vokalçı Meltem Ege çıxıblar. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə orkestr tamaşaçılarının […]

Mədəniyyət

Mədəniyyət Nazirliyində YENİ TƏYİNATLAR – YENİLƏNİB

Mədəniyyət Nazirliyinin bəzi yeni regional idarələrinə təyin olunan rəislərin adları məlum olub. Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şahin Yusif oğlu Şahbazov Şirvan-Salyan, Nurəddin Səftər oğlu Mehdiyev Qazax-Tovuz, Bəxtiyar Vaqif oğlu Qılıncov isə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəis təyin olunublar. 17:30 Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var. Bu barədə “Report”un sorğusuna cavab […]

Mədəniyyət

Elza Seyidcahan Yazıçılar Birliyinin üzvü oldu – FOTO

Müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilib. Oxu.Az xəbər verir ki, bu barədə xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev məlumat verib. Bu gün AYB-yə dəvət olunan E.Seyidcahana üzvlük bileti təqdim edilib. “Bu gün Elza Seyidcahan üzvlük vəsiqəsi alıb”, – deyə Xalq yazıçısı qeyd edib. Xeberal.az

Mədəniyyət

Cənubi Qafqazın ən qədim kilsəsi, 20-25 nəfərin dəfn edildiyi məbəd – FOTOREPORTAJ

Kiş kilsəsi Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir.  Tarixçi-salnaməçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərinə görə İsanın din qardaşı Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik edib, sonra isə Kiş adlı kəndə gedərək, orada kilsə tikib. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın ilk xristian kilsəsinin tikildiyi yer, bir çox […]

Mədəniyyət

İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib – YENİLƏNİB + FOTO/VİDEO

Prezident İlham Əliyev Oqtay Mirəsədulla oğlu Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Sərəncama əsasən, O.Mirqasımov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub. 12:57 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Xalq […]

Mədəniyyət

Dədə Qorqud yadigarı TAMBUR: Balakəndə min illərdir yaşadılan sənət – FOTO

Bu yurdun təbiəti kimi insanları da mənəvi cəhətdən rəngarəng və zəngindirlər. Bu yurdun insanları adət-ənənələrə sadiq, tarixi-mədəniyyətinə bağlıdırlar. Söhbət Şimal-Qərb qapımız Balakəndən gedir. Müxtəlif xalqların əsrlərdir birlik-bərabərlik şəraitində yaşadığı Balakənə hər yolu düşən bu birliyi, vəhdəti elə ilk andan hiss edə, görə bilər. Bizim.media xəbər verir ki, bu birliyin, vəhdətin bir misalı da Dədə Qorqud […]

Mədəniyyət

Reper “Basta” narkotik asılılığı barədə açıq etiraflar etdi – FOTO

“Basta” təxəllüsü ilə tanınan rusiyalı reper Vasili Vakulenko narkotik problemi ilə bağlı açıq etiraflar edib. Musiqiçinin sözlərinə görə, uzun müddət aludəçiliyin öhdəsindən gələ bilməyib. “Narkotiklər mənə çox şey göstərdi və məlum oldu ki, bir insanda xeyirxahlıq, dürüstlük, səmimilik və işıqla bərabər qaranlıq, kin və ölüm ola bilər. Başa düşdüm ki, mənə nəsə olub. Bunun üçün […]

Mədəniyyət

Xurşidbanu Natəvana həsr olunmuş “Milli musiqi” müsabiqəsi layihəsinin bağlanış mərasimi baş tutdu – FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Milli musiqi” müsabiqəsi layihəsi yekunlaşıb. Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında keçirilən bağlanış tədbirində YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin muğam müəllimi Sevinc Sarıyeva, Azərbaycan […]

Mədəniyyət

Rəşid Behbudovun anım günüdür – FOTO/VİDEO

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür. Oxu.Az-ın məlumatına görə, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə ailəsində dünyaya gəlib. Sənətkarın atası o dövrün tanınmış xanəndəsi Məcid Behbudalı oğlu, anası isə Qazaxın Yuxarı Salahlı kəndindən olan Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. […]