Mədəniyyət

Nəsrin bu geyiminə görə həm tərif eşitdi, həm də tənqid olundu – Foto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu dəfə də geyimi ilə diqqət mərkəzinə çevrilib. XəbərAl.az  xəbər verir ki, moda dəfiləsinə qatılan aktrisa transparan, bənövşəyi və çəhrayı çalarlı libasa üstünlük verib. Fərqli pozalarda fotolarını sosial şəbəkədə paylaşan Nəsrin həm tərif eşidib, həm tənqid olunub. İstifadəçilərdən bəziləri aktrisanın geyimini bəyənsə də, bəziləri heç də ürəkaçan olmadığını yazıb.

Mədəniyyət

Tarkan 5 milyondan imtina etdi

Hazırda səkkiz aylıq qızları Liya ilə Almaniyada yaşayan Tarkan və Pınar Tevetoğluna bir çox reklam təklifi gəlir. XəbərAl.az  xəbər verir ki, sonuncu dəfə isə bir brend Liyanın fotosunu öz loqoları ilə birlikdə paylaşmaq üçün cütlüyə 5 milyon lirə təklif verib. Lakin Tarkan bununla razılaşmayaraq, qızını reklam vasitəsi kimi istifadə etməyib.

AKTUAL Mədəniyyət

Leyla Əliyevanın məşhur şeiri hamını kövrəltdi – VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gedim bir az ağlayım” adlı məşhur şeirinə mahnı bəstələnib. Modern.az saytının məlumatına görə, bu günlərdə mahnının səsləndirildiyi ATV-nin “Şou ATV” verilişində kövrək anlar yaşanıb. Xalq artisti Gülyanaq Məmmədovanın Xalq artisti Nurəddin Mehdixanlıyla birgə ifa etdikləri mahnı studiyada oturanları da kövrəldib və sonda alqışlarla qarşılanıb. İfa bitəndən sonra verilişin aparıcısı Nanə Ağamalıyeva […]

Mədəniyyət

“Xanımım məni qısqanmır”

“Bir insan birini sevirsə, çox istəyirsə, yüz faiz qısqanır. Tək ər-arvadda, sevgilidə görməmişəm. Dost-dostu qısqanır. Hətta ana-bala qısqanclığı da görmüşəm”. XəbərAl.az-ın məlumatına görə, bu sözləri aktyor Nicat Rəhimov “Söhbət var” verilişində deyib. O, qısqanclıqdan danışıb. Nicat bildirib ki, həyat yoldaşı onu qısqanmır: “Evdə bizdə qısqanclıq yoxdur. Birincisi mən o şəraiti yaratmıram. Əgər çəkilişim yoxdursa, evimə […]

Mədəniyyət

Zəlimxan Yaqub ANILDI

Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından üç il ötür. XəbərAl.az  AzərTac-a istinadən xəbər verir ki, bu münasibətlə tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək tanınmış şairin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər. Zəlimxan Yaqub kim şairlərin heç vaxt unudulmayacağını söyləyən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu vəfatından keçən 3 il müddətində şairin […]

Mədəniyyət

“Namiq şou-biznesin simic, Vasif isə xəbərçi müğənnisidir”

Əməkdar artist Dilarə Əliyeva şou-biznes nümayəndələri ilə bağlı açıqlama verib. XəbərAl.az-ın məlumatına görə, ARB TV-nin “Pəncərə” verilişinə qonaq olan aktrisa simic, əliaçıq, xəbərçi müğənnilərin adını açıqlayıb. “Şou-biznesin ən çox pul xəcləyəni kimdir?” sualına D.Əliyeva belə cavab verib: “Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdən artıq […]

Mədəniyyət Ölkə

“O əlini sındırıb ayağının altına atarlar…”

Müğənni Sabina Selcanla aşıq Namiq arasında gərginlik yaranıb.   XəbərAl.az big.az-a istinadən xəbər verir ki, ifaçı rəfiqəsi Şəbnəm Tovuzlunun ad günündə məclisə sonradan daxil olub və aşıq Namiqə salam verib. Namiq isə xanım ifaçının əlini sıxarkən artıq hərəkət edib. Bu isə müğənnini özündən çıxarıb. O, yaydığı videoda bildirib: “Aşıq Namiq eşitmişəm hər kəsə hədə-qorxu gəlirsən və […]

Dünya Mədəniyyət

Hicablıları təhqir edən aktrisa haqda istintaq başladı

İstanbul Prokurorluğu aktrisa Dəniz Çakırla bağlı istintaqa başlayıb. XəbərAl.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa haqqında hicablı qadınları təhqir etdiyi üçün araşdırmalara başlanılıb. Xatırladaq ki, ticarət mərkəzlərinin birində Dənizlə başıörtülü qadınlar arasında mübahisə başlamış və aktrisa hicablıları təhqir etmişdi. Həmin qadınlar isə polisə müraciət edərək konstitusion hüquqlarının pozulduğunu bildiriblər.

İqtisadiyyat Mədəniyyət

Aygün biznes qurdu

Rejissor Kənan M.M.-in müğənni həyat yoldaşı Aygün Mahmudova biznes qurub. XəbərAl.az-ın məlumatına görə, ifaçı geyim mağazası açıb. Aygünün öz adını qoyduğu mağazası bir müddətdir fəaliyyət göstərir. Qeyd edək ki, Aygün Kənanla birlikdə Türkiyəyə köçüb, orada yaşayır.