Mədəniyyət

Azərbaycanda mədəniyyət və idman xərcləri 2% azaldılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9% azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir. “Report” xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, mədəniyyət və incəsənət sahəsində fəaliyyət […]

Mədəniyyət

Rəhman Rəhmanov əməliyyat olundu

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. Bizim.media xəbər verir ki, bununla bağlı sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib. Səhhətində uroloji problem yarandığı üçün aktyor özəl tibb müəssisələrin birində təcili əməliyyata qərar verdiyini açıqlayıb: “Bu əməliyyat mənim üçün möcüzə oldu. Srağagün əməliyyat olundum. Dünən xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu […]

Mədəniyyət

Elçin Əzizov Aleksandr Abdulovun ən sevimli mahnılarından birini ifa edib – VİDEO

Azərbaycanlı müğənni Elçin Əzizov rusiyalı aktyor Aleksandr Abdulovun ən sevimli mahnılarından birini ifa edib. Bu, NTV telekanalındakı “Kvartirnik u Marqulisa” şousunun xüsusi buraxılışı zamanı baş verib. Xüsusi buraxılış mərhum sənətkarın yubileyinə həsr olunub. Əfsanəvi “Bakılı oğlanlar” ŞHK komandasının üzvü, Böyük Teatrın solisti, Azərbaycanın Xalq artisti Elçin Əzizov Müslüm Maqomayevin repertuarından “Qızıl günəşin şüası” mahnısını ifa […]

Mədəniyyət

Qərbi Azərbaycan Xronikası: “Göyçənin ilmələrə köçən sirləri” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Göyçənin ilmələrə köçən sirləri” adlı veriliş efirə gedib. “Qoşabulaq xalçası: dağılan elin sirli ilmələri” adlı verilişdə Qərbi Azərbaycanın tarixi bölgələrindən biri olan Göyçə mahalının təbiəti, quruluşuna, coğrafi mövqeyinə görə bütün digər mahallardan seçilməsi və etnoqrafik baxımdan çox zəngin bir yer olması göstərilir. Bildirilib […]

Mədəniyyət

Teatrın qastrol avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Akademik Rus Dram Teatrının heyətini Şəkiyə aparan avtobusun qəza törətməsi ilə bağlı açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün […]

Mədəniyyət

Kənan MM nazirliyə müraciət etdi: “Böyrəyimi satıram”

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib. O, öz sosial şəbəkə hesabında paylaşım edərək, mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib. “Hörmətli mədəniyyət nazirliyi, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”, – deyə o […]

Mədəniyyət

Azərbaycanda ortaq türk ədəbiyyatı və türk əlifbası üzrə dərsliklər hazırlanacaq – FOTO

Azərbaycanda ortaq türk ədəbiyyatı və türk əlifbası dərslikləri hazırlanacaq. “Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimində çıxışında deyib. O bildirib ki, məktəblərdə tədris aparılması üçün “Ortaq türk ədəbiyyatı” dərsliyi hazırlanır: “Eyni zamanda, “Ortaq türk dünyasının əlifbası” dərsliyi də hazırlanacaq. “Ortaq türk coğrafiyası” dərsliyinin hazırlanması isə […]

Mədəniyyət

Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb – FOTO

Xaçmazda tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Belə ki, söhbət Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndindən gedir. Sözügedən ərazidə yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin […]

Mədəniyyət

Azərbaycanlı Xalq artistinin həyat yoldaşı: “Azərbaycanın bəzəklərindən biri də onun qadınlarıdır”- FOTO/VİDEO

Rusiyalı opera müğənnisi, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko Bakı şəhərində qonaq olub. Opera divası Bakı səfərinin təəssüratları haqqında özünün “Instagram” səhifəsində paylaşım edib. Bakıda iştirak etdiyi məclisdən və şəhərin gəzməli-görməli yerlərindən görüntülər paylaşan Anna Netrebko sosial şəbəkə hesabında yazıb: “Azərbaycanın əsas üstünlüklərindən və bəzəklərindən biri də qadındır! Gözəl, ağıllı, zərif… Məni əhatə […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində qala-konsert olub – FOTO/VİDEO

Mayın 25-də Heydər Əliyev Mərkəzində qala-konsert olub. Konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib. Mərkəzin Auditorium zalının səhnəsində bayram əhvallı konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinarə Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera […]