Mədəniyyət

“Nine Senses”in akademik direktoru: “Məkanımız bədəni və ruhu birləşdirir”

“Məkanımız bədəni və ruhu birləşdirir”. Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş zamanı mərkəzin akademik direktoru və festivalın kuratoru Natalya Jukova deyib. Onun sözlərinə görə, məkanın adı təsadüfən seçilməyib: “Məkanın adı doqquz duyğu kimi tərcümə olunur. Bu ad təsadüfən yaradılmadı. Bizim ümumilikdə […]

Mədəniyyət

Azərbaycan təmsilçisi ISESCO Komitəsinə üzv seçilib – FOTO

Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının ISESCO İslam Dünya İrs Komitəsinə (IWHC) üzv seçilib. Bu barədə Azərbaycanın Mərakeş və Seneqaldakı səfiri Nazim Səmədov “X” hesabında yazıb. “Rizvan Bayramovu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının İslam Dünya İrs Komitəsinə (IWHC) Azərbaycandan üzv seçilməsi münasibətilə […]

Mədəniyyət

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb. Nazirlikdən verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib. Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib. Builki […]

Mədəniyyət

Fazil İsmayılzadə: “Amerikanın əfsanəvi prezidentinin abidəsinin müəllifi Bakıdan gedən sənətkardır” – FOTO

“Amerikanın əfsanəvi prezidenti Duayt Eyzenhauerin Vaşinqtondakı monumental abidəsinin müəllifi Bakıdan gedən sənətkardır”. Bu barədə ADA Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin üzvü Fariz İsmayılzadə sosial şəbəkədə paylaşım edib. O yazıb ki, bu abidə 2021-ci ildə Bakıdan, Azərbaycandan gələn Sergey Eylanbekov tərəfindən ucaldılıb. Sergey Eylanbekovun əsərlərinə dünyanın müxtəlif yerlərində ictimai yerlərdə və şəxsi kolleksiyalarda rast […]

Mədəniyyət

Rəssam Alagöz Salahova dəfn olunub – FOTO

Rəssam, aktrisa Alagöz Salahova ilə vida mərasimi keçirilib. APA xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutub. Mərasimdə rəssamın ailə üzvləri, dostları, incəsənət nümayəndələri iştirak ediblər. Daha sonra o, Yasamal qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, Xalq rəssamı Tahir Salahovun qızı rəssam, aktrisa Alagöz Salahova sentyabrın 20-də gecə saatlarında 70 yaşında vəfat edib. Xeberal.az

Mədəniyyət

Perunun nüfuzlu kanalında Üzeyir Hacıbəylinin romansları, uvertüraları səsləndirilib

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan və Milli Musiqi Günü ilə əlaqədar Azərbaycanda keçirilən “Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı” çərçivəsində Perunun nüfuzlu “Radio Filarmonia” radiosunun 102.7 FM kanalında musiqi proqramı yayımlanıb. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığının məhsulu olan məşhur “Sənsiz”, […]

Mədəniyyət

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda sənətçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub. Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib. O, Xalq rəssamı Tahir Salahovun qızı və Özbəkistanın tanınmış rəqqasəsi Tamara xanımın nəvəsidir. Alagöz Salahova, həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin […]

Mədəniyyət

İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib

Rusiyalı musiqiçi və bəstəkar İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib, sənətçi reanimasiyadadır. Məlumata görə, Nikolayevə koronar şuntlama əməliyyatı edilib. Bu müdaxilə ürəyin damarlarında qan axınını bərpa etməyə imkan verir. Həkimlər musiqiçinin vəziyyətini ağır kimi qiymətləndirirlər. Mənbə: Ura.ru Xeberal.az

Mədəniyyət

Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub – VİDEO

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdimatı keçirilib. Dünyanı fəth edən baletin nümayişi ilə həm də 18 sentyabr – Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub. “Məhəbbət əfsanəsi” iki gün – […]