Mədəniyyət

“Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb – FOTO

Bu gün “Azərbaycan dili və ədəbiyyatı” Forumunun üçüncü günü başlayıb. Oxu.Az-ın məlumatına görə, forum Gülüstan sarayında keçirilir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və […]

Mədəniyyət

Bu gün görkəmli aktyor Yaşar Nurinin doğum günüdür

Sentyabrın 3-ü görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür. 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi. Aktyorun atası Azərbaycan kino və teatr tarixində […]

Mədəniyyət

Onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artistinin son halı – FOTO

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirin onkoloji xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məliklə fotosunu paylaşıb. A.Şirin fotonun şərh bölümündə yazıb: “Siz mənim üçün çox önəmli birisiniz. Xətriniz əzizdir, Ramiz müəllim. Nə yaxşı ki, sizi tanımışam. Allah sizə uzun ömür versin”. R.Məlikin xeyli çəki itirməsi diqqətə çarpıb. Xatırladaq ki, Xalq artisti evində […]

Mədəniyyət

Qəşəm Nəcəfzadə: “Müasir uşaq ədəbiyyatında problemlər çoxdur” – FOTO

“Müasir uşaq ədəbiyyatında problemlər çoxdur”. Oxu.Az-ın məlumatına görə bunu “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə bildirib. O, həmçinin dərsliklərlə bağlı problemə də toxunub. Q.Nəcəfzadənin sözlərinə görə, iki ildir ki, dərsliklərlə bağlı problemləri gündəmə gətirir: “Azərbaycan dili dərsliyini yazan şəxs dilimizi bilməlidir. Bizim dərsliklərimizdə problemlər çoxdur. […]

Mədəniyyət

Yazıçı Elçin Hüseynbəyli: “Rejissorların mütaliələri zəifdir”

“Mən Azərbaycanda yerləşən özəl teatrlara dövlət statusu verilməsinə ehtiyac görmürəm”. Oxu.Az-ın məlumatına görə, bunu yazıçı Elçin Hüseynbəyli ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda keçirilən panel iclasında bildirib. Onun sözlərinə görə, həmin teatrların öz istiqamətləri, repertuarları var: “Sadəcə, dəstək vermək lazımdır”. O qeyd edib ki, gənc rejissorlar öz üzərlərində […]

Mədəniyyət

“Oscar” mükafatlı rejissor Azərbaycana gəlir

Bakıda sentyabrın 6-10-da keçiriləcək VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində Azərbaycana “Oscar” mükafatlı rejissor gələcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq. Ötən həftələrdə festival geniş proqramını […]

Mədəniyyət

Eldar Mansurov: “Qonorarların yığılması qaydasından işbazlar, qeyri-peşəkarlar sui-istifadə edirlər”

“Qonorarların yığılmasından işbazlar, qeyri-peşəkarlar sui-istifadə edirlər”. Bunu “Trend”ə açıqlamasında bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurov deyib. Onun sözlərinə görə, xarici ölkələrdə müəyyən təşkilatlar var ki, yaradıcı adamlara çatacaq qonorarı toplayıb, sahiblərinə çatdırırlar. Yəni bir bəstəkarın musiqisi haradasa – restoranlarda, əyləncə mərkəzlərində, konsert salonlarında, televiziya və radiolarda səslənirsə, ona görə həmin şəxsə mütləq qonorar yazılır […]

Mədəniyyət

“Azərbaycan dili və ədəbiyyatı” Forumu başlayıb

Ölkəmizdə ilk dəfə “Azərbaycan dili və ədəbiyyatı” Forumu keçirilir. Oxu.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən forum Şamaxıda işə başlayıb. Forumda ölkənin tanınmış ədəbiyyatşünasları, yazıçı və şairləri, həmçinin dilçi alimləri, filoloqları iştirak edirlər. Xeberal.az

Mədəniyyət

Alla Puqaçova məhkəməyə verilib

Paytaxtın qaz idarəsinə 15 min rubldan çox borcu olduğuna görə Rusiyanın xalq artisti Alla Puqaçova məhkəməyə verilib. Məlumata görə, Primadonna may və iyun ayları üçün “Qazprom Mejregionqaz”a qaz təchizatı üçün  borcundan 15 536 rubl ödəməyib. Məhkəmə bununla bağlı yaxın vaxtlarda işə baxacaq. Mənbə: Mash Xeberal.az