Kriminal

Narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb – FOTO

Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən və avtomobillərin konstruksiyasına dəyişikliklər edən sürücülər saxlanılıb.  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları […]

Kriminal

Atalarını söyən şəxsi öldürərək yandıran qardaşlarla bağlı QƏRAR

Ali Məhkəmədə qətl və quldurluqda təqsirləndirilən Xəyal və Tuqay Bayramovların barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum […]

Kriminal

Suraxanı polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. […]

Kriminal

İcra hakimiyyətində KORRUPSİYA ƏMƏLİYYATI

Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb. İstintaq zamanı Vəli Abbasovun qeyd edilən […]

Kriminal

Bakıda qadının bıçaqladığı kişi şikayətindən imtina etdi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən G.A.-nın barəsindəki hökmdən verilən zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bildirilib ki, zərərçəkmiş A.Ə. məhkəmə kollegiyasına ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya […]

Kriminal

Bakıda kütləvi davada tələbəni öldürən gəncə nə qədər cəza verildi?

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərid Əhmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək […]

Kriminal

Məhkəmə zalında həbs edilən sabiq bələdiyyə sədri hökmdən narazıdır

Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən […]

Kriminal

Sumqayıtda dəmir yolu stansiyasında saxlanılan silahlı şəxsdən narkotik də götürülüb

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları Sumqayıtda dəmir yolu stansiyasında üzərində narkotik də olan silahlı şəxsi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı […]

Kriminal

Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 22-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 ədəd qumbara, 43 patron darağı, 2297 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Xeberal.az

Kriminal

Anasının tanışını öldürən gənclə bağlı QƏRAR

Ali Məhkəmədə Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Rafael Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il […]