Kriminal

Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən saxlandı – FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən VAZ və KIA markalı avtomobillərin sürücüləri saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb. Keçirilən monitorinqlər nəticəsində şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan VAZ-2107 markalı avtomobilin istismarı dayandırılaraq sürücü barəsində protokol […]

Kriminal

Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb – FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisində qəsdən yanğın törədən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, müxtəlif vaxtlarda Orta Qəsil və Qulbəndə kəndlərində yaşayış evinin, eləcə də iki tövlə və ot tayalarının yanması barədə polisə məlumat daxil olub. İlkin araşdırma […]

Kriminal

Abşeronda 29 yaşlı qadın öldürülüb, tanışı saxlanılıb

Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Arzu Hacıağa qızına kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Eynulla Bəhlul oğlu Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. Xeberal.az

Kriminal

Dövlət Xidmətinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsinin istintaqı başa çatıb

Neftçalada rüşvət almaqda təqsirləndirilən vəfizəli şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədov barəsində toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı […]

Kriminal

Dövlətə xəyanət etmiş şəxsə cəza verildi

2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yevlax rayon sakini Elnur M. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Elnur “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində […]

Kriminal

Meyxanaçı narkotikdən istifadə etdiyini məhkəmədə etiraf etdi – FOTO

“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev məhkəmədə əvvəllər narkotikdən istifadə etdiyini etiraf edib. “Report” xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan baxış iclasında özünü təqsirli bilməyib. Prokuror Orxan Kəngərlinin elan etdiyi ittiham aktına əsasən, təqsirləndirilən şəxs 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə […]

Kriminal

Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri saxlanıldı

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb.  Oxu.Az-ın əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.  Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib. Xeberal.az

Kriminal

Onu yuxudan oyadan otaq yoldaşını bıçaqladı – QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, hadisə 20 iyul 2021-ci il tarixdə, saat 3 radələrində paytaxt ərazisində yerləşən evlərin […]

Kriminal

Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü – VİDEO

Türkiyədə 37 bölgədə eyni vaxtda həyata keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində çox sayda cinayətkar qrup çökdürülüb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında açıqlama verib. “37 vilayətdə eyni vaxtda keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində 9-u milli və yerli mütəşəkkil cinayət təşkilatı, 30-u isə bu təşkilatları silah və materiallarla təmin edən cinayətkar qrup olmaqla ümumilikdə […]