Kriminal

Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən saxlandı – FOTO

Sharing is caring!


Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən VAZ və KIA markalı avtomobillərin sürücüləri saxlanılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Keçirilən monitorinqlər nəticəsində şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan VAZ-2107 markalı avtomobilin istismarı dayandırılaraq sürücü barəsində protokol tərtib edilib. Araşdırmalar zamanı “Range Rover” markalı avtomobilin sürücüsünün qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsi də müəyyən olunub. Sürücü barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.

Bundan başqa keçirilən mütəmadi tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir