İqtisadiyyat

Özbəkistanın Baş naziri Abdulla Aripov Bakı Limanında olub

İki ölkə arasında əməkdaşlığın artırılması, Orta Dəhlizdə ticarət imkanlarının gücləndirilməsi və yeni potensialların müəyyən edilməsi məqsədilə, Özbəkistanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub. Bakı Limanından bildirilib ki, nəqliyyat, energetika, investisiya və ticarət sahələrinin rəhbər şəxslərinin də təmsil olduğu nümayəndə heyəti Bakı Limanının texniki imkanları, yükaşırma həcmi və terminalların iş prinsipi ilə tanış […]

İqtisadiyyat

Aleksandr Kovalenko: “Azərbaycan enerji və ticarət sahəsində Ukraynanın əsas tərəfdaşıdır”

“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən Azərbaycan təbii qazının bu ölkəyə tədarükü və iki ölkə arasında ticarət dövriyyəsinin iki dəfə artırılması planları təxirə salındı”. Bunu “Report”a ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib. “2020-ci ildə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verilərkən Azərbaycanın enerji resurslarının Ukraynaya çatdırılması perspektivləri ilə bağlı məsələ […]

İqtisadiyyat

Bu il özgə əmlakına vurulmuş 11 milyon 788 min 890 manat ziyanın ödənilməsi təmin edilib

Bu il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində özgə əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatının ödənilməsi təmin olunub. “Report” xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən geniş əməliyyat müşavirəsində bildirilib. Belə ki, dövlət […]

İqtisadiyyat

Azərbaycanın Fransaya ixracı 57 dəfə artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Fransaya ixracı 126 milyon 747 min dollar təşkil edib. APA-nın məlumatına görə, bu göstərici ötən ilin ilk 6 ayı ilə müqayisədə 57 dəfə və ya 124 milyon 525 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Fransaya 2,2 milyon dollar dəyərində məhsul ixrac edilib. Qeyd edək ki, hesabat dövründə Fransadan […]

İqtisadiyyat

Biləcəri qəsəbəsində kommunal tarifləri kim tənzimləyir?

Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb. Bu barədə “Trend”ə Biləcəri sakinləri məlumat veriblər. Sakinlər bildirirlər ki, Biləcəri bələdiyyəsi tərəfindən toplanan zibil pulu bu aydan artırılıb. Belə ki, əvvəl hər evə görə üç manat alınırdısa, indi beş manat tələb olunur. Qiymət artımı qərarının kim tərəfindən qəbul edildiyi və hansı səbəblərə görə dəyişdirildiyi […]

İqtisadiyyat

İranda toyuq əti qıtlığı pik həddə çatdı – VİDEO

İranda toyuq əti qıtlığı pik həddə çatıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Məsələdən narazı olan İran vətəndaşları Tehrana aylardır toyuq ətinin gəlmədiyini qeyd ediblər: “Tehranda mal yoxdur. Dörd aydır, toyuq gəlmir. Toyuq əti gəlirsə, bəs bu insanlar dəlidirlər? Mağazanın qarşısında niyə dayanıblar? Nəyi gözləyirlər?”   Xeberal.az

İqtisadiyyat

Rusiya yenidən Xarkova hücuma keçdi – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. “Ermənistanda dağ-mədən sənayesinin fəaliyyəti ciddi təhdiddir”. Vətəndaş Cəmiyyəti Təşkilatları Beynəlxalq İctimaiyyətə müraciət etdi. Rusiya yenidən Xarkova hücuma keçdi. Əməkdaşımız döyüşlərin getdiyi ən qaynar nöqtədən xəbər verir. “10 min pul istədilər. Dayandırmışıq elə bu qaydada da saxlayıblar”. Dövlət qurumu ilə sakinlər arasında qalmaqal yaşandı. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

İqtisadiyyat

Hökumətlərarası komissiyanın iclasında İZİA-nın təqdimatı keçirildi

İyulun 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın iclasında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təqdimatı olub. Oxu.Az xəbər verir ki, İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib. Özbək iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından […]

İqtisadiyyat

Azərbaycanda qeyri-filiz və filiz yataqlarının istifadə qaydası dəyişdi

Azərbaycanda qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə veriləcək. AZƏRTAC xəbər verir ki, bu, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanına dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq […]

İqtisadiyyat

“BMT və digər beynəlxalq qurumlardan öz səslərini ucaltmağı, adekvat reaksiya verməsini tələb edirik” – RƏY

“BMT və bir sıra beynəlxalq qurumlardan öz səslərini ucaltmağı və adekvat reaksiya verməsini tələb edirik”. Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə ünvanlanan müraciətin müəlliflərindən “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva deyib. İB sədri bir qrup vətəndaş cəmiyyəti fəalı ilə […]