İqtisadiyyat

Prezidentin təyin etdiyi xüsusi nümayəndə kimdir? – DOSYE

Bu gün Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.  Oxu.Az Vahid Hacıyevin dosyesini təqdim edir. V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.  2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb.  Vahid […]

İqtisadiyyat

İki dövlət agentliyinin sərəncamında qalan vəsait əməkdaşların maaşlarına yönəldiləcək

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.  Dəyişikliyə əsasən, agentliklərin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur. Xeberal.az

İqtisadiyyat

Mikayıl Cabbarov və Rövşən Nəcəf bp-nin baş icraçı direktoru ilə görüşüblər – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos ilə görüşüb. Bu barədə Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib. “Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə nazir […]

İqtisadiyyat

İnflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə enib

Pərviz Heydərov yazır… Ölkədə istehlak qiymətləri indeksinin artım sürəti, yəni inflyasiya tempi ciddi şəkildə enib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 1,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 0,2%, qeyri-qida məhsulları 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 2,7% yüksəlib. Fevralda istehlak […]

İqtisadiyyat

Yaxın vaxtlarda hansı məhsulların qiyməti artacaq? – AÇIQLAMA + FOTO

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2%, qeyri-qida məhsulları üzrə 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Bildirilib ki, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin […]

İqtisadiyyat

Azərbaycan fevralda OPEC kvotasını 86% istifadə edib

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub. Oxu.Az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 476 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib. Bununla da Azərbaycan OPEC kvotasını 86,39 % istifadə edib. Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, […]

İqtisadiyyat

Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqli: Müzakirələr aparılır

Gürcüstan Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində Azərbaycanla intensiv müzakirələr aparır. “Report” xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib. L.Davitaşvili ümid edir ki, Bakı-Supsa kəməri ilə neft nəqli bu il başlaya bilər. Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar iki ildir ki, […]

İqtisadiyyat

Orta Dəhliz boyunca rəqəmsal platforma nə vaxt istifadəyə veriləcək? – AÇIQLAMA

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca rəqəmsal platforma (kəsintisiz rəqəmsal dəhliz) yaradılır və o bu ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək. “Report” xəbər verir ki, bunu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib. Onun sözlərinə görə, platforma Sinqapurun “PSA International” şirkətinin törəməsi olan “Global DTC” (Digital Transport Corridor) […]

İqtisadiyyat

Paşinyanın açıqlaması Kremldə necə qarşılanacaq? – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli və Şuşaya səfər etdilər. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı baş tutdu. “Rus hərbçilərə minnətdarıq, amma Zvartnos hava limanında bundan sonra erməni sərhədçilər xidmət aparacaq”. Paşinyanın açıqlaması Kremldə necə qarşılanacaq? Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edildi. Dövlət təhlükəsizliyi xidməti silahlı hücum xəbərlərinə […]

İqtisadiyyat

Kirayədə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyası veriləcək

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir. “Report”un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə əsasnaməyə ayrıca fəsil əlavə olunub. Bu çərçivədə əsasnaməyə yeni təminatlar – vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış […]