İqtisadiyyat

Dağıstandakı zəlzələ Bakı-Novorossiysk neft kəmərinə necə təsir edib?

Dağıstanda səhər saatlarında baş vermiş zəlzələ nəticəsində Bakı-Novorossiysk neft kəməri zədələnməyib. Bu barədə Rusiyanın “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib. “Bakı-Novorossiysk magistral neft kəmərində aparılan yoxlamanın nəticələrinə görə, episentrdən 200 kilometr radiusda heç bir zədə aşkar edilməyib. Bütün qurğular normal işləyir”, – Demin bildirib. Xatırladaq ki, Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ […]

İqtisadiyyat

Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub – FOTO

İqtisadiyyat Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadi əlaqələrin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat […]

İqtisadiyyat

Prezident külək elektrik stansiyasının tikintisi ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin, “Dəyişikliklər edilmiş və […]

İqtisadiyyat

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə President.az xəbər verir. Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər […]

İqtisadiyyat

Yalçın Rəfiyev: “Maliyyələşdirmə COP29-da əsas məsələlərdən biri olacaq”

İqlim maliyyəsi 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunacaq əsas məsələlərdən biridir. “Report” xəbər verir ki, bu barədə “COP28-dən sonra: birləşmək, hərəkətə keçmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. “COP29-da bizim əsas […]

İqtisadiyyat

Azərbaycan şirkəti ilə Türkiyə holdinqi anlaşma memorandumu imzalayıb – FOTO

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group”  şirkətlər qrupu arasında memorandum imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib. O bildirib ki, ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı […]

İqtisadiyyat

Bakıda keçiriləcək COP29 çərçivəsində kommunikasiya xəritələri müəyyən ediləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. “APA-Economics” xəbər verir ki, tədbirdə AAYDA, Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi, “Azərenerji” […]

İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda iqtisadi statistika: Ötən ilin mənzərəsi

Bu ilin əvvəlinə Azərbaycan üzrə statistik vahidlərin 3,1%-i, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin 2,6%-i, fərdi sahibkarlıq subyektlərinin 6,8%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb, yatırılan investisiyaların 31,7%-i, pərakəndə ticarət dövriyyəsinin 2,4%-i, sənaye istehsalının 0,4%-i, ictimai iaşə dövriyyəsinin 2,1%-i bu rayonların payına düşüb. Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən ötən il ayrı-ayrı iqtisadi […]

İqtisadiyyat

KOB-ların layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsi elan edilib

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi […]

İqtisadiyyat

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə edib – FOTO

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrinin dayanıqlı inkişafı müzakirə edilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində […]