İqtisadiyyat

Tarif Şurası Bakı-Quba-Rusiya Federasiyası yolu üçün gediş qiymətlərini müəyyənləşdirib

Tarif Şurasının növbəti iclası keçirilib. Şuradan verilən xəbərə görə, alternativ avtomobil yolu və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi və bir sıra dərman vasitələri üçün tariflər müəyyənləşdirilib. Bildirilib ki, son illərdə ölkəmizdə avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin, […]

İqtisadiyyat

Fransadan yüksəkriskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq

Fransada fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən yüksəkriskli qida məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulacaq. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanunun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı […]

İqtisadiyyat

Prezident İlham Əliyev: “Əminəm ki, Qarabağ Azərbaycan iqtisadiyyatında təkanverici qüvvəyə çevriləcək”

“Şəhərin (Füzuli – red.) özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin […]

İqtisadiyyat

Nyu-Yorkdan Azərbaycana gətirilən quş ətinə qoyulan məhdudiyyət ləğv olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Bununla bağlı AQTA-nın Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ABŞ-nin […]

İqtisadiyyat

SOCAR yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “SOCAR Projects International” MMC-ni dövlət qeydiyyatına alıb. “Report” xəbər verir ki, yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) vaxtilə baş ofisinin yerləşdiyi, hazırda şirkətin “Azneft” İstehsalat Birliyinin ofisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə […]

İqtisadiyyat

Sabah Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının Nəsimi, Binəqədi və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Bakı Metropoliteni” QSC-yə məxsus “Xocəsən” elektrik deposunun qazlaşdırılması məqsədilə yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksəktəzyiqli […]

İqtisadiyyat

Rəşad Qədimov: “Xəzər İnşaat Həftəsi çərçivəsində builki sərgilərin miqyası daha da genişlənəcək”

Regionun tikinti sahəsindəki ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi ilə oktyabrın 19-21 tarixlərində payız sərgi mövsümünə start veriləcək. “Report” xəbər verir ki, bunu Xəzər İnşaat Həftəsinin layihə meneceri Rəşad Qədimov sərgiyə həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan […]

İqtisadiyyat

Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb. Bu baxımdan Azərbaycan biznesi Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşıb. Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir. […]

İqtisadiyyat

Azərbaycanda istehsalın artdığı sahələr: Üzüm şərabı liderdir

Emal sənayesində 2023-cü ilin yanvar-sentyabr aylarında 13 milyard 243,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 25,7 faiz, qida məhsullarının istehsalında 10,8 faiz, tütün məmulatlarının istehsalında isə 4,6 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı […]

İqtisadiyyat

Azərbaycan bu il 20 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 986 285,69 min ABŞ dolları dəyərində 7 985 493,8 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu […]