İqtisadiyyat

Prezident İlham Əliyev: “Əminəm ki, Qarabağ Azərbaycan iqtisadiyyatında təkanverici qüvvəyə çevriləcək”

Sharing is caring!


“Şəhərin (Füzuli – red.) özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Müəyyən müddətdən sonra Qarabağın Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəyinə əmin olduğunu deyən dövlətimizin başçısı qeyd edib:

“Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir