İqtisadiyyat

Azərbaycan bu il 20 milyon tona yaxın neft ixrac edib

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 986 285,69 min ABŞ dolları dəyərində 7 985 493,8 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 206 977,64 min ABŞ dolları dəyərində 1 995 823,22 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yeri Hindistan tutur. Yanvar-sentyabr aylarında bu ölkəyə 739 039,83 min ABŞ dolları dəyərində 1 249 426,6 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 21 ölkəyə 12 128 399,72 min ABŞ dolları dəyərində 19 876 255,4 ton neft ixrac edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir