Dünya

Miçiqan ştatında atışma baş verdi

Sharing is caring!

ABŞ-ın Miçiqan ştatında atışma baş verib. Hüquq-mühafizə orqanları Qalesburq şəhərində (Miçiqan ştatı, ABŞ) hadisəni nəzarət altında saxlayırlar.

Bu barədə yerli “WoodTV” telekanalı xəbər verir.

Xüsusi təyinatlılar hadisə yerindədir. Yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisəni işıqlandırmaq üçün gələn jurnalistlərə hadisə yerinə çox yaxınlaşmamaq, məsafəyə diqqət etmək, avtomobillərinin işıqlarını və kameraları söndürmək tövsiyə olunub.

Eyni zamanda havadan da iki dron vasitəsilə müşahidənin həyata keçirildiyi qeyd edilir.

Polis vəziyyətlə bağlı açıqlama verməyib.

Hadisənin təfərrüatı müəyyənləşdirilir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir