İqtisadiyyat

Azərbaycanda istehsalın artdığı sahələr: Üzüm şərabı liderdir

Sharing is caring!


Emal sənayesində 2023-cü ilin yanvar-sentyabr aylarında 13 milyard 243,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 25,7 faiz, qida məhsullarının istehsalında 10,8 faiz, tütün məmulatlarının istehsalında isə 4,6 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 42,7 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,6 faiz, siqaret istehsalı 14 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 13,2 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,6 faiz artıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir