İdman

Azərbaycan boksçusu argentinalı rəqibini məğlub etdi

Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb. Bu barədə Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz […]

İdman

“Bavariya”nın baş məşqçisi barmağını sındırıb

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Romada “Latsio” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi soyunub-geyinmə otağında ayaq barmağını sındırıb. Bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib. “Mən motivasiya xarakterli çıxışdan əvvəl paltardəyişmə otağında ayağımla qutuya vurdum və baş barmağımı zədələdim. […]

İdman

Çempionlar Liqası: “Mançester Siti” və “Real” rəqiblərini evdə qəbul edəcəklər

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçiriləcək. Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutacaq. Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkəcək. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən “şəhərlilər”in yoluna davam etməməsi möcüzə olar. ÇL-in ən titullu komandası “Real” da […]

İdman

Çempionlar Liqası: “Bavariya” sensasiyaya imkan vermədi, PSJ Mbappenin dublu ilə sevindi

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə iki matç keçirilib. Almaniya çempionu “Bavariya” İtaliya “Latsio”sunu qəbul edib. Romadakı ilk görüşdə italyanlar gözlənilmədən qələbə qazansalar da (1:0), Münhen təmsilçisi doğma meydanda sensasiyaya imkan verməyib və 3 cavabsız qol vurmaqla cütün taleyini həll edib – 3:0 (3:1). Dubla imza […]

İdman

“Karvan”dan yeni transfer

Birinci Liqa təmsilçilərindən olan “Karvan” heyətinə yeni legioner qatıb. Oxu.Az xəbər verir ki, məlumatı klubun Mətbuat Xidməti yayıb.  Yevlax təmsilçisi nigeriyalı futbolçu Sonaqo İsmael Noufounu transfer edib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Hücumçu mövqeyində çıxış edən futbolçu son olaraq ölkəsinin “Plateau United” klubunda çıxış edib. Qeyd edək ki, “Karvan” hazırda Birinci Liqanın turnir cədvəlində 27 xalla beşincidir. […]

İdman

Azərbaycan idmançılarının mart ayı üçün reytinq cədvəli AÇIQLANDI

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il martın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Oxu.Az xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, reytinq […]

İdman

Azərbaycan Kuboku: A qrupunda növbəti iki oyun keçirilib

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk oyunu “Sumqayıt” və “Cəlilabad” komandaları arasında baş tutub. Bu görüş “Cəlilabad” klubunun 90:76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Sumqayıt”dan Tay Rendal (19 xal, 4 asist), “Cəlilabad”dan Zaur Paşayev (19 xal, 8 ribaund) olublar. Günün ikinci […]

İdman

Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən asan qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Oxu.Az xəbər verir ki, Yüksək Liqanın XVI turu çərçivəsində Bakıda iki, Gəncədə bir qarşılaşma baş tutub. Tura “Gəncə” – “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti görüş GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” kollektivləri arasında olub. […]

İdman

Səudiyyə Ərəbistanında 20 mərtəbəli bina hündürlüyündə yeni “Formula-1” treki hazırlanıb – VİDEO

Səudiyyə Ərəbistanında, paytaxt Ər-Riyaddan 45 kilometr aralıda salınan əyləncə şəhəri Kiddiyada yeni yarış treki hazırlanıb. Tərtibatçılar avtodromun təfərrüatını paylaşıblar. Qeyd olunub ki, trekin bir tam dövrəsi 21 döngədən ibarətdir. Birinci döngə 20 mərtəbəli binanın hündürlüyündə olacaq. Bundan əlavə, trekdə üç “DRS” zonası (havaya qarşı müqaviməti azaldan xüsusi sistemin aktivləşdirildiyi sahə) olacaq. Pilotların çata biləcəyi maksimal sürət 325 kilometr/saat […]

İdman

Kamavinqa Mbappenin “Real Madrid”ə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi – FOTO

“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin hücumçusu Kilian Mbappenin bu mövsümün sonunda parislilərlə müqaviləsi başa çatdıqdan sonra “kral” klubuna keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandırıb. Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsində məlumat verib. “Hər şeyi necə var elə deyirəm: Kilianla bu mövzunu müzakirə etməmişəm. O, PSJ-nin oyunçusudur […]