İdman

“Barselona” Rafinya üçün astronomik məbləğ təyin edib

“Barselona” braziliyalı yarımmüdafiəçisi Rafinya Diazı yalnız 80 milyon avro qarşılığında satmağa hazır olduğunu açıqlayıb. Mənbə yazır ki, Kataloniya klubu 27 yaşlı braziliyalıdan çox razıdır və futbolçunu almaq istəyənlər qarşısında yuxarı şərtlər irəli sürüb. Qeyd olunur ki, Rafinyanın qiyməti ilə bağlı qərar futbolçuya Premyer Liqa klublarından gələn 60 milyon avroluq təklifdən sonra verilib. Xüsusən, “Çelsi” və […]

İdman

İddiaçılar Turniri: Nicat Abasov növbəti görüşünü keçirib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. “Report”un məlumatına görə, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrosmeysterimiz məğlub olub – 0:1. Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı. Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. […]

İdman

Palmerin pokeri “Çelsi”yə böyükhesablı qələbə gətirdi – VİDEO

İngiltərə Premyer Liqasının 33-cü turunda Londonun “Çelsi” və Liverpulun “Everton” komandaları qarşılaşıb. Matçın ilk 29 dəqiqəsi ərzində ev sahiblərindən yarımmüdafiəçi Koul Palmer het-trikə imza atıb. O, ikinci hissədə də fərqlənərək pokerini rəsmiləşdirib. “Zadəganlar”ın digər qollarını Nikolas Cekson və Alfi Qilkrist vurublar. Görüş londonluların böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0. Bu darmadağından sonra “Çelsi” 47 […]

İdman

“Qalatasaray” azlıqda qalan rəqibinə aman vermədi – VİDEO

Türkiyə Super Liqasının 32-ci turunda lider “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub. Matçın 19-cu dəqiqəsində meydan sahibləri azlıqda qalıblar. Say üstünlüyündən yararlanan “aslanlar” rəqiblərinin qapısında beş dəqiqəyə iki top keçiriblər. 56-cı dəqiqədə Yılmaz, 61-ci dəqiqədə isə Ziyeş fərqlənib. Cəmi 3 dəqiqə sonra “Alanyaspor” meydanda 9 nəfər qalıb. Fürsətdən istifadə edən Yılmaz 72-ci dəqiqədə dubla imza ataraq […]

İdman

Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı: Oyun satılıb? – VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 20-ci turunda keçirilən “İrəvan” – “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır. “Qafqazinfo” xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev deyib. “Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı […]

İdman

Arif Əsədov: “Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik”

“İllər əvvəl Rusiyanın Nalçik şəhərində futbol üzrə gənclər arasında birincilik keçirilirdi. Biz də U-15 millinin heyətində həmin turnirdə uğurlu çıxış edib, altı ən yaxşı komanda arasında yer almışdıq. Özümüzü yaxşı tərəfdən göstərdiyimiz üçün Vladislav Qədirovla məni SSRİ U-17 yığmasının toplanışına dəvət etdilər. Ancaq hazırlıq bitdikdən sonra oradan Bakıya çox çətinliklə gəldik”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan […]

İdman

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib”

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVI turun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, çempionatın lideri “Kür”lə onun ən yaxın izləyicisi “Azəryol” komandası üz-üzə gəlib. Mingəçevirdə keçirilən oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Meydançaya favorit qismində çıxan “Kür” ilk dəqiqələrdən təşəbbüsü ələ […]

İdman

“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır – ARAŞDIRMA

“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. “Report”un araşdırmasına görə, Azərbaycan çempionu Premyer Liqanın geridə qalan hissəsində orta hesabla hər oyunda 2,40 xal qazanaraq buna nail olub. Qurban Qurbanovun yetirmələri 30 görüşdə hesablarına 72 xal yazdırıblar. Qitənin yalnız 20 komandası bu baxımdan ağdamlılardan üstündür. Onlardan 10-u 5 […]

İdman

Hacı Əliyev: “Hər iki dizimdə olan problem hələ qalır”

Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib. Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib. Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalicə işləri yekunlaşıb: “Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə olan problem hələ qalır. 10 gün […]

İdman

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

Aprelin 17-də Qətərin paytaxtı Dohada start götürəcək Dünya Kubokunda Azərbaycanın altı idman gimnastı mübarizə aparacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Dörd gün davam edəcək yarışda Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər və turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma və paralel qollar), […]