İdman

Andrey Lunyov Bundesliqanın futbolçunun inkişafı üçün xüsusiyyətlərini AÇIQLADI

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Almaniya Bundesliqası ilə Rusiya Premyer Liqası arasındakı əsas fərqi açıqlayıb. 32 yaşlı qolkiper qeyd edib ki, əsas fərq qərarların qəbulu zamanı sürət, intensivlik və keyfiyyətdir. “Bu, hətta məşq prosesində də nəzərə çarpır. Çempionatda rəqabət də fərqlidir. Bu, futbolçuların inkişafı üçün əlverişli şərait yaradır. Oyuna hər zaman 100 faiz gücünü qoymalısan, […]

İdman

Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”

“Aydın məsələdir ki, Rusiyada “Qarabağ”ı az izləyirlər və özünü Avropada necə göstərdiyini bilmirlər. İkinci dərəcəli komanda olmasını və “Bayer”dən ora keçməyimi faciə saymaq stereotip düşüncəsidir. Bu tənqidlər mənə qətiyyən təsir etmir”. İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib. Legioner Rusiya KİV-inə  müsahibəsində onun Azərbaycan klubuna keçidinə mənfi yanaşanların cavabını verib: “İnsanların öz […]

İdman

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olublar

Aprelin 19-21-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olublar. Oxu.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova bacarığını göstərməyə çalışacaq. Bundan əlavə, yarışda Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət milli qrup hərəkətləri proqramı üzrə çıxış edəcək. Qeyd edək ki, […]

İdman

UEFA AFFA-nı cərimələyib

UEFA AFFA-nı 1500 avro cərimələyib. “Report”un əldə etdiyi məlumata görə, buna ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin ləğv edilməsi səbəb olub. Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi sözügedən qarşılaşmaya görə yığmamıza texniki məğlubiyyət vermişdi. Bu hal komandanın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadəyə […]

İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3×3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Vətənə dönüb. “Report”un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın qarşılanma mərasimi Heydər Əliyev Beynəlxalq Hava Limanında baş tutub. Mərasimdə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, media mənsubları, azarkeşlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, […]

İdman

“Barselona” Rafinya üçün astronomik məbləğ təyin edib

“Barselona” braziliyalı yarımmüdafiəçisi Rafinya Diazı yalnız 80 milyon avro qarşılığında satmağa hazır olduğunu açıqlayıb. Mənbə yazır ki, Kataloniya klubu 27 yaşlı braziliyalıdan çox razıdır və futbolçunu almaq istəyənlər qarşısında yuxarı şərtlər irəli sürüb. Qeyd olunur ki, Rafinyanın qiyməti ilə bağlı qərar futbolçuya Premyer Liqa klublarından gələn 60 milyon avroluq təklifdən sonra verilib. Xüsusən, “Çelsi” və […]

İdman

İddiaçılar Turniri: Nicat Abasov növbəti görüşünü keçirib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. “Report”un məlumatına görə, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrosmeysterimiz məğlub olub – 0:1. Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı. Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. […]

İdman

Palmerin pokeri “Çelsi”yə böyükhesablı qələbə gətirdi – VİDEO

İngiltərə Premyer Liqasının 33-cü turunda Londonun “Çelsi” və Liverpulun “Everton” komandaları qarşılaşıb. Matçın ilk 29 dəqiqəsi ərzində ev sahiblərindən yarımmüdafiəçi Koul Palmer het-trikə imza atıb. O, ikinci hissədə də fərqlənərək pokerini rəsmiləşdirib. “Zadəganlar”ın digər qollarını Nikolas Cekson və Alfi Qilkrist vurublar. Görüş londonluların böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0. Bu darmadağından sonra “Çelsi” 47 […]

İdman

“Qalatasaray” azlıqda qalan rəqibinə aman vermədi – VİDEO

Türkiyə Super Liqasının 32-ci turunda lider “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub. Matçın 19-cu dəqiqəsində meydan sahibləri azlıqda qalıblar. Say üstünlüyündən yararlanan “aslanlar” rəqiblərinin qapısında beş dəqiqəyə iki top keçiriblər. 56-cı dəqiqədə Yılmaz, 61-ci dəqiqədə isə Ziyeş fərqlənib. Cəmi 3 dəqiqə sonra “Alanyaspor” meydanda 9 nəfər qalıb. Fürsətdən istifadə edən Yılmaz 72-ci dəqiqədə dubla imza ataraq […]

İdman

Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı: Oyun satılıb? – VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 20-ci turunda keçirilən “İrəvan” – “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır. “Qafqazinfo” xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev deyib. “Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı […]